Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 21:16 687
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə müdafiə çıxışını davam etdirmək üçün söz təqsirləndirilən Levon Mnatsakanyana verilib. O, bir həftə əvvəl keçirilmiş məhkəmə iclasında başladığı müdafiə çıxışını davam etdirərək fikirlərini səsləndirib. L.Mnatsakanyan ittiham tərəfinin təqdim etdiyi videomaterialın və istinad etdiyi faktların məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edib. O, özünə qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.

Daha sonra təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin apellyasiya şikayəti verdiyini və həmin şikayəti dəstəklədiyini bildirib. Ardınca çıxış edən Erik Qazaryan özünü təqsirli hesab etmədiyini qeyd edib və müdafiəçisinin səsləndirdiyi mövqeyi təsdiqləyib.

Sonra təqsirləndirilən Qarik Martirosyanın vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir.

Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Q.Martirosyanın cəzasının yüngülləşdirilməsini və bəzi maddələrin ittihamdan xaric olunmasını xahiş edib.

Sonra təqsirləndirilən Qarik Martirosyan çıxış edib. O, özünü təqsirli bilmədiyini bildirib.

Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarını qoruduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Balayan müdafiəçisinin çıxışı ilə razılaşdığını deyib.

Təqsirləndirilən Qurgen Stepanyanın hüquqlarını müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Qurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son xəbərlər