Mojo.az Banner
23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |     22:28 “iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq  |     22:20 Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO  |     22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |     22:02 Azərbaycanın bu kəndində 150 min adam yaşayır  |     21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 18:43 273
"Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya “gözəl geyindirilmiş kukla” kimi görməməlidir",

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend-ə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, hər kəs valideyndir, amma valideyn olmaq təkcə bu statusla bitmir:

"Real valideyn olmaq üçün həyata ciddi yanaşmaq, müəyyən dəyərlərə sahib olmaq və övladına hansı şəxsiyyəti formalaşdırmaq istədiyini aydın bilmək lazımdır. Bu, çox ağır bir məsuliyyətdir. Hər kəsin öz işi var, amma valideyn olmaq da bir işdir. Bu işi başqasına həvalə edib “müəllim cavabdehdir” düşüncəsi ilə yanaşmaq təəssüf ki, bəzi hallarda rast gəlinir. Halbuki valideyn öz övladını hamıdan yaxşı tanıyır və onun nəyə qadir olduğunu ən düzgün şəkildə qiymətləndirə bilər. Əlbəttə, bu, yalnız özünü də düzgün qiymətləndirməyi bacaran valideynlərə aiddir. Hazırda müəllimə müraciət təkcə ali məktəbə qəbul üçün deyil, hətta birinci sinfə hazırlıq üçün də edilir. Halbuki birinci sinfə hazırlıq üçün uşaqla vaxt keçirmək, ona kitablar oxumaq, nağıllar danışmaq və beş yaşına qədər onunla maraqlanmaq lazımdır. Bu isə zaman, səbir və diqqət tələb edir. Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya “gözəl geyindirilmiş kukla” kimi görməməlidir. Çünki uşaq bir şəxsiyyətdir və onu formalaşdırmaq üçün valideynin özü də aktiv şəkildə çalışmalıdır ki, uşaq da sənə əsaslanıb, sənin verdiyin dəyərlərə əsaslanıb bir şəxsiyyət kimi formalaşsın. Bax, bu çox çətin bir işdir. İndi uşaqlarda məsuliyyət hissi, öz vaxtını düzgün istifadə etmək kimi bacarıqları formalaşdırmaq indiki zamanda daha çətindir. Çünki yenə də təkrar edirəm, əylənmək üçün kifayət qədər imkanlar çoxalıb. Mən heç kimi qınamıram, başa düşürəm ki, hər ailənin vəziyyəti fərqlidir. Amma valideyn əgər uşağını sevirsə, o, özü də uşaqla məşğul olmalı, onu dinləməli, onun maraq və bacarıqlarının formalaşmasında bilavasitə iştirak etməlidir".

Məleykə Abbaszadə qeyd edib ki, müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Onun sözlərinə görə, hər il yüzlərlə uşaq belə qəbul olunur.

"Mən müşahidə edirəm ki, bəzi gənc ailələr bu məsələyə daha məsuliyyətli yanaşırlar. Uşaqlarla daha çox vaxt keçirir, onlarla aktiv şəkildə məşğul olurlar. Ataların da prosesdən kənarda qalmaması çox müsbət haldır. Bu, əvvəlki dövrlərlə müqayisədə yaxşı bir dəyişiklikdir. Valideynlik müasir dövrdə çox ağır, amma eyni zamanda ən vacib işdir. Hətta karyeradan da önəmlidir, çünki sənin böyütdüyün insan sənin gələcəkdə ən yaxın dayağın olur. Əslində uşaqların taleyi bizim əlimizdədir. Amma eyni zamanda da bizim taleyimiz gənclərin əlindədir. Biz onları necə tərbiyə eləyəcəyiksə, gələcəkdə bizim taleyimiz də onların əlində olacaq. Ona görə də öz vaxtını, sevgisini valideyn uşaqdan əsirgəmirsə, o uşaq xoşbəxt insan kimi böyüyəcək. Və fərqi yoxdur, o, bir il gec ali məktəbə qəbul olundu, yoxsa həmin il. Əsas odur ki, o xoşbəxt bir insan olacaq. Müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Biz kifayət qədər metodiki material buraxırıq və onlarla məşğul olan uşaqlar özləri qəbul olunur. Hər il yüzlərlə belə qəbul olunan uşaqlar var. Amma təəssüflər olsun, o uşaqlar böyük şəhərlərdə yox, bizim müxtəlif qəsəbələrdən olur", - o, əlavə edib.

Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də Trend Beynəlxalq İnformasiya Agentliyində və "Baku TV" televiziya kanalında yayımlanacaq.
скачать dle 11.3
Mojo.az Banner