Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu

22.06.2026 20:45 294
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə
Azərbaycanda qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alan "HOPER" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinə "stop" qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb "HOPER" MMC-nin qanuni təmsilçisi (direktoru) Həmidov Ramin Həmidağa oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yarım milyon manata yaxın vergi borcunun olmasıdır. 

Belə ki, Ramin Həmidovun direktoru olduğu "HOPER" MMC-nin 94,63 AZN, "RIODE" MMC-nin 437.335,08 AZN, fiziki şəxs kimi isə 74.591,91 AZN vergi borcu yaranıb. Məhkəmə sənədinə əsasən, hazırda sahibkarın 469.408,58 manat vergi borcu var. 

Ona borcun ödənilməsi üçün dəfələrlə bildirişlər göndərilib, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməyib. Buna görə də Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. 

Məhkəmənin hökmü ilə 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ramin Həmidovun borc ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycandan 9 ay ərzində xaricə ən çox qeyri-neft ixrac edən şirkətlər sırasında ilk onluqda "HOPER" MMC də yer alıb. 19.11.2024-ci il tarixində dövlət qeydiyyatına alınmış "HOPER" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Heseynov küçəsi, ev 98, mənzil 16-dır. Digər şirkətlər də eyni ünvanda yerləşir. скачать dle 11.3
Mojo.az Banner