Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəbul imtahanında 690 bal toplamış abituriyent: "Ölkə birincisi olmaq hissini necə ifadə edim, bilmirəm"

17.06.2026 22:01 408
Qəbul imtahanında 690 bal toplamış abituriyent:
Ali məktəblərə qəbul imtahanının nəticələri açıqlanıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadə olub. O, imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayıb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, Fidan Hüseynzadə hüquqşünas olmağı düşündüyünü qeyd edib:

"Ölkə birincisi olmaq hissini sizə necə ifadə edim, bilmirəm. Nəticələr açıqlanmamışdan öncə də təxmin edirdim ki, yüksək bal toplamışam, amma bu qədərini düşünə bilmirdim".

Hazırlıqlara qədər şəxsi telefonum yox idi:

"IX sinifdən məşğələlərə başlamışam. Ona qədər məktəb dərsləri mənə kifayət edirdi, çox oxuyan, fərqlənən şagird idim. Telefonum olsa da, onunla çox az məşğul olurdum. Məşğələlərdən gələndən sonra dərslərlə məşğul olurdum, amma buna rəğmən hobbilərimi də arxa plana atmamışam. Boş vaxtlarımda da əsasən kitab oxuyurdum. Gələcəklə bağlı planım yaxşı kadr kimi ölkəmi təmsil etməkdir. Xəyalım magistratura təhsili almaqdır. Bu uğurumu məktəbdəki və hazırlıqdakı müəllimlərimə borcluyam".

Son xəbərlər