Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xocəsən gölü daşdı: Evlər və həyətlər su altında qaldı - Video

17.06.2026 11:35 273
Xocəsən gölü daşdı: Evlər və həyətlər su altında qaldı - Video
Gölün daşması nəticəsində həyətləri su basıb, ərazidə isə antisanitar vəziyyət yaranıb.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Xocəsən gölünün su səviyyəsi artaraq daşma həddinə çatıb. Nəticədə gölün ətrafında yerləşən bir sıra evlər və həyətlər su altında qalıb.

Sakinlərin iddiasına görə, Xocəsən gölündə suyun normal axınına maneələr yarandığından yağış suları göldə toplanır və onun səviyyəsinin yüksəlməsinə səbəb olur.

Məsələ ilə bağlı Xocəsən Bələdiyyəsindən bildirilib ki, göldə suyun səviyyəsinin artmasının əsas səbəbi Lökbatan gölü istiqamətində uzanan axın xəttinin ötürücülük qabiliyyətinin kifayət qədər olmamasıdır. Nəticədə su tam şəkildə kənarlaşdırıla bilmir.

Qeyd olunub ki, problemin köklü həlli məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları tərəfindən Şıxov istiqamətində yeraltı tunel vasitəsilə kanalizasiya xətti çəkilir. Bundan əlavə, Sahil qəsəbəsi ərazisində təmizləyici qurğunun inşası davam etdirilir. Layihə çərçivəsində Xocəsən gölü və Lökbatan gölündəki çirkab sular təmizləndikdən sonra Xəzər dənizinə axıdılacaq.

Bələdiyyədən həmçinin bildirilib ki, Xocəsən ərazisində aparılan tikinti işlərinin göldə yaranmış vəziyyətlə hər hansı əlaqəsi yoxdur.

Son xəbərlər