Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Stomatologiyada "kreditlə gülümsəmə" - Diş müalicələri niyə bahalaşır?

13.06.2026 20:05 348
Stomatologiyada
Diş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olsa da, bir çox insan müalicəni maddi səbəblərdən gecikdirir. Xüsusilə son illər stomatoloji xidmətlərin qiymətləri ilə bağlı narazılıqlar daha da artıb. Belə ki, bir diş çəkilməsinin qiyməti 50 manata, hətta bəzi klinikalarda 80-120 manata qədər qalxa bilir. Diş müalicələri isə 80-200 manat arasında dəyişir.

Cərrahi müdaxilələr daha geniş və mürəkkəb spektri əhatə edir. Sadə diş çıxarılmasından tutmuş implantasiya kimi yüksək texnoloji prosedurlara qədər fərqli xidmətlər bu qrupa daxildir və qiymətlər də buna uyğun olaraq dəyişkəndir.

Estetik stomatologiya isə son illər daha çox diqqət çəkən sahələrdən biridir.

Vinirlər, dişlərin ağardılması və zirkon qapaqlar kimi prosedurlar yalnız sağlamlıq deyil, həm də vizual nəticə hədəflədiyi üçün ən yüksək qiymət kateqoriyasına aid edilir. Bu xidmətlərin yüksək qiyməti səbəbindən bəzi insanlar hətta onları kredit hesabına etdirməyə məcbur qalırlar.

Vətəndaşlar eyni prosedurun müxtəlif klinikalarda fərqli qiymətlərə təklif olunmasının səbəblərini, eləcə də bu sahədə qiymətlərin hansı prinsiplərlə müəyyənləşdirilməsi ilə bağlı tez-tez maraqlanırlar.

Bəs diş çəkimi və müalicə xidmətləri niyə bahadır? Qiymətlərə nə təsir edir və bu sahədə hər hansı tənzimləmə mexanizmi mövcuddurmu?

Tibb üzrə ekspert Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirir ki, problemin əsas səbəbi lazım olan vasitələrin xarici ölkələrdən gətirilməsidir:

"Hazırda demək olar ki, bütün sahələrin qiymətlərinin bahalığına narazılıq var. Bu, səhiyyə sahəsinə, o cümlədən stomatologiyaya da aiddir.

Çünki istifadə olunan materialların və ləvazimatların hamısı əsasən xaricdən gətirilir. Dünyada baş verən ümumi problemlərin qiymət artımına təsiri tibb sahəsinə də sirayət edir. Ona görə də bu, artıq tək stomatologiyanın yox, ümumilikdə bütün sahələrin ciddi problemidir. Ancaq təbii ki, bu məsələdə müəyyən qədər insaf da vacibdir”.

Ekspert qeyd edir ki, dünyada müxtəlif təsərrüfat və istehsal prosesləri ilə bağlı vəziyyət dəyişməsi və tənzimlənmə mexanizmləri də mühüm səbəblərdəndir.

"Müharibələr gedir, qarşıdurmalar artır, keyfiyyətsiz məhsullar, tikinti materialları, dərmanlar, qida və su ilə bağlı problemlər yaranır, ətraf mühit çirklənir. Təbii olaraq bunların fonunda xəstəliklər də artır və nəticədə insanların həyat şəraitində problemlər dərinləşir.


Qiymətlərin bu səviyyədə qalmasının bir səbəbi də özəl klinikalardır. Burada əsas məqsəd çox vaxt daha çox qazanc əldə etmək olur və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Digər mühüm məqam isə tənzimləmə mexanizmləridir. Tarif Şurasının rolu və eyni zamanda sığorta təbabətinin geniş tətbiqi xüsusi əhəmiyyət daşıyır. Sığorta sisteminin düzgün işləməsi həm vətəndaşın xərclərini azaldır, həm də qiymətlərin daha stabil formalaşmasına şərait yaradır”.

A.Əliyev vurğulayır ki, nə qədər ölkəmizdə dərmanlarımızı, klinikalarda istifadə olunan vasitələri və digər tibbi məhsulları istehsal etməyəcəyik, qiymət artımından narazılıq da davam edəcək.

Onun sözlərinə görə, çıxış yolu həm dövlət tənzimləməsi, həm də sığorta təbabətinin real şəkildə genişlənməsi və effektiv işləməsidir.

Son xəbərlər