Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?

11.06.2026 17:49 267
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda arağa maraq artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə araq satışı əvvəlki illə müqayisədə 12 faiz yüksəlib. Maraqlıdır ki, araq satışındakı artım fonunda bəzi digər alkoqollu içkilərin satışında azalma qeydə alınıb. Mütəxəssislər bu tendensiyanı əhalinin istehlak vərdişlərindəki dəyişikliklər, qiymət amilləri və bazardakı mövcud vəziyyətlə əlaqələndirirlər.

Tibb elmləri doktoru, psixiatr-narkoloq və psixoterapevt Araz Əliquliyev azxeber.com-a açıqlamasında bildirib ki, son illərdə alkoqol asılılığının formalaşma yaşı nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Onun sözlərinə görə, dünya üzrə aparılan tədqiqatlar göstərir ki, spirtli içki asılılığı ən ağır asılılıq formalarından biridir:

"Alkoqol asılılığı müəyyən müddət ərzində formalaşır və bunun üçün zaman tələb olunur. Lakin son illərin müşahidələri göstərir ki, bu problemin yaranma yaşı xeyli aşağı düşüb. Əvvəllər alkoqol asılılığı daha çox 50-60 yaşdan yuxarı insanlarda müşahidə edilirdisə, hazırda 30-40 yaş aralığında klinik asılılıq halları ilə daha tez-tez qarşılaşırıq. Burada söhbət artıq xəstəlik səviyyəsinə çatmış, klinik əlamətlərlə müşayiət olunan asılılıqdan gedir”.

Mütəxəssis qeyd edib ki, alkoqolun insan sağlamlığına təsirləri həm psixi, həm də fiziki səviyyədə özünü göstərir.

"Alkoqolun zərərlərinin ilk istiqaməti mərkəzi sinir sisteminə təsiridir. Bu, insanın psixi fəaliyyətinə, şəxsiyyətinə və koqnitiv funksiyalarına mənfi təsir göstərir. Koqnitiv funksiyalar dedikdə düşünmə, məntiq yürütmə, yaddaş, məlumatın qavranılması və şüur fəaliyyəti nəzərdə tutulur. Bundan əlavə, emosional sabitlik pozulur, iradi keyfiyyətlər zəifləyir və ümumilikdə psixi fəaliyyətin bütün sahələri zərər görür”.

A.Əliquliyevin sözlərinə görə, alkoqolun yaratdığı problemlər yalnız sinir sistemi ilə məhdudlaşmır:

"Alkoqol orqanizmdə maddələr mübadiləsinə ciddi zərbə vurur, fermentlərin və neyromediatorların fəaliyyətini pozur, xroniki toksiki zəhərlənməyə səbəb olur. Nəticədə həm beyin, həm də digər daxili orqanlar zədələnir. İlk növbədə qaraciyər zərər görür, onun strukturu və funksiyaları pozulur. Daha sonra ürək-damar sistemi təsirlənir, ürək əzələsində zəifləmə və distrofik proseslər başlayır. Uzunmüddətli istifadənin nəticəsində böyrək çatışmazlığı da inkişaf edə bilər”.

Narkoloq bildirib ki, alkoqol asılılığının ən təhlükəli tərəflərindən biri insanların əksəriyyətinin problemini qəbul etməməsidir:

"Alkoqol ensefalopatiyası və alkoqol mənşəli polineyropatiyalar da ciddi fəsadlar sırasındadır. Bu hallar insult və infarkt riskini artırır. Polineyropatiya zamanı xüsusilə aşağı ətraflarda qan dövranı və sinir keçiriciliyi pozulur, əzələlər zəifləyir və hərəkət qabiliyyəti tədricən məhdudlaşır. Təəssüf ki, alkoqol asılılığından əziyyət çəkən insanların böyük hissəsi özünü asılı hesab etmir. Bu isə müalicəni çətinləşdirir, sağalma prosesini uzadır və yenidən spirtli içki istifadəsinə qayıtma riskini artırır”.

Mütəxəssislərin fikrincə, araq satışındakı artım təkcə iqtisadi və bazar faktorları ilə deyil, həm də cəmiyyətdə formalaşan istehlak davranışları ilə bağlıdır. Bu baxımdan, alkoqolun sağlamlığa təsirləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.скачать dle 11.3
Mojo.az Banner