Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Nazir: "Azərbaycanda ƏDV hesablarındakı vəsaitlərin istifadəsi genişləndiriləcək"

11.06.2026 12:14 810
Nazir:
"Hazırda bank kreditlərinin faizlərinin subsidiyalaşdırılması mexanizminin genişləndirilməsi üzrəyik".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.

"Bu, bizim üçün yeni alət deyil. Biz bundan ilk dəfə geniş şəkildə COVID pandemiyası dövründə istifadə etdik və bu öz nəticələrini verdi. Bu gün də biz yenə də bu alətin genişləndirilməsinə qayıtmışıq. Onun yalnız işğaldan azad olunmuş ərazilərdə və ya seçilmiş sahələrdə deyil, daha geniş tətbiq edilməsini istəyirik.

Qeyd etmək istədiyim ikinci məsələ logistika və nəqliyyat xərclərinin qarşılanmasına, yaxud azaldılmasına və sabitləşməsinə yönəlmiş tədbirlərdir. Biz hazırda onlara fəal şəkildə baxırıq. Üçüncü və hazırda müvafiq diskussiyalarda olan məsələyə dair hələ qərar qəbul edilməyib, lakin ümid edirik ki, bu, uğurla başa çatacaq. Bütün müəssisələrin - vergi ödəyicilərimizin əlavə dəyər vergisi (ƏDV) hesabları var. Ölkəmizdə müvafiq qanunvericilik mexanizminə əsasən, əlavə dəyər vergisi hesabları ayrıdır, xüsusi hesablardır. Biz həmin hesablarda olan vəsaitlərdən dövlətə olan digər ödənişlər, xüsusilə də sosial sığorta ödənişləri üçün istifadə imkanını nəzərdən keçiririk. Bu alətlər tətbiq edildiyi halda, təbii olaraq sahibkarın əlavə maliyyə vəsaitinə olan ehtiyacı azalır, yaxud əksinə, imkanları genişlənir. Sahibkar da onu daha fəal şəkildə biznesin böyüməsinə yönəldə bilər.

Mövcud və uğurla istifadə olunan digər alət investisiya təşviqi mexanizmləridir. Burada dövlət tərəfindən müəyyənləşdirilmiş prioritet sahələrdə sərmayə qoyuluşu həyata keçirildiyi təqdirdə sahibkarlara bir sıra vergi və gömrük idxal güzəştləri verilir. Həmçinin bilirsiniz ki, bir sıra ərazilərimizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında geniş vergi azadolmaları paketi tətbiq edilir. Onu da qeyd etmək istəyirəm ki, Biznesin İnkişafı Fondunun xətti ilə istifadə olunan alətlərimizdən biri də sahibkarlara güzəştli kreditlərin verilməsidir. Təbii olaraq, biz onu bazarın tam tələbatı həcmində təmin edə bilmirik, amma bu, kifayət qədər yüksək rəqəmdir. Hər il bu şəkildə 200 milyon manatdan çox kredit verilir. Həmin kreditlər böyük layihələrə deyil, daha çox kiçik və orta sahibkarlara təqdim edilir. Böyük layihələrə gəldikdə, dövlət sərmayəçi qismində, minoritar payçı kimi öz kapital riskini qəbul edir və biz bu alətdən də fəal istifadə edirik" , - nazir qeyd edib.

Son xəbərlər