Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Neftçi" üç futbolçu ilə müqavilə bağlayır - Transferlər gözlənilir

10.06.2026 13:18 417
"Neftçi"də yeni mövsümün hazırlıqları çərçivəsində heyətlə bağlı işlər davam edir.

Median.Az
İdmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin düşərgəsində olan komandanın kapitanı Emin Mahmudov və Emil Balayevin müqavilələrinin müddəti başa çatıb. Hər iki futbolçunun yaxın günlərdə klubla yeni müqavilə imzalayacağı gözlənilir.

Bildirilir ki, həm Emin Mahmudov, həm də Emil Balayevlə "1+1" illik müqavilə bağlanması ehtimalı yüksəkdir. Təcrübəli futbolçuların karyeralarını da əsasən "Neftçi"də başa vuracaqları qeyd olunur.

Müqaviləsi başa çatan digər futbolçulardan biri də Elvin Camalovdur. Təcrübəli yarımmüdafiəçi daha əvvəl verdiyi açıqlamalarda "Neftçi"də qalmaq istədiyini bildirib. Klubun da onunla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu vurğulanır.

Qeyd edək ki, "Neftçi" hazırda yerli futbolçularla bağlı transfer və müqavilə məsələlərini yekunlaşdırmağa çalışır. Bundan sonra Bakı təmsilçisinin heyətini minimum 4-5 əcnəbi futbolçu ilə gücləndirməsi gözlənilir.

Son xəbərlər