Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürən şəxs: "Mərhum atamı söydü, əsəbiləşdim"

10.06.2026 13:12 381
Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürən şəxs:
Xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Təhmasib Əliyevin barəsindəki cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, Təhmasib Əliyev qardaşının həyat yoldaşı Rəviyyə Nərmanova ilə aralarında yaranmış mübahisədən sonra qisas məqsədilə onu qətlə yetirib.

Belə ki, hadisədən əvvəl Cəlilabad rayonu ərazisində yerləşən evdə yaşayan Rəviyyə Nərmanova həyətyanı sahədə tikilməkdə olan evin eyvanını təmizləyərkən zibil tullantılarının kəpək yeminin üzərinə tökülməsi səbəbindən təqsirləndirilən şəxslə mübahisə edib.

Həmin gün tərəflər arasında yaranmış gərginlik sonradan səngisə də, təqsirləndirilən şəxs R.Nərmanovadan qisas almaq niyyətindən əl çəkməyib. O, hadisədən əvvəl pivə içdikdən sonra sərxoş olub və gecə saatlarında qardaşının həyat yoldaşını öldürmək qərarına gəlib.

Cinayət planını həyata keçirmək məqsədilə Təhmasib Əliyev özünə məxsus "QAZel" markalı avtomobildə saxladığı qatlanan tipli məişət bıçağını götürərək gecə saatlarında Rəviyyə Nərmanovanın yatdığı otağın həyətə baxan açıq pəncərəsindən içəri daxil olub.

İstintaqın versiyasına görə, həmin vaxt yataqda olan qadın otaqda yaranan səsə oyansa da, qaranlıq olduğundan qarşısındakı şəxsi tanımayıb və onu həyat yoldaşı hesab edib.

Bundan istifadə edən təqsirləndirilən şəxs qadının müqavimət göstərmək imkanını məhdudlaşdırmaq üçün onun boğazından tutub və daha sonra əlindəki bıçaqla ardıcıl şəkildə çoxsaylı zərbələr endirib.

Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə ümumilikdə 74 bıçaq xəsarəti yetirilib.

İttihama görə, təqsirləndirilən şəxs köməksiz vəziyyətdə olan zərərçəkmişi xüsusi amansızlıqla öldürüb.

Məhkəmə baxışı zamanı Təhmasib Əliyev özünü təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, Rəviyyə Nərmanova qardaşı Firdovsinin həyat yoldaşı olub və eyni evdə yaşamalarına baxmayaraq münasibətləri uzun müddətdir gərgin imiş.

Onun sözlərinə görə, hadisədən əvvəl baş vermiş mübahisə zamanı qadın onu və mərhum atasını söyüşlərlə təhqir edib. Təqsirləndirilən şəxs bildirib ki, həmin hadisədən sonra əsəbiləşib, gecə boyu yata bilməyib və sonradan qisas almaq məqsədilə qadını öldürmək qərarına gəlib.

O, cinayətdən sonra otaqdan çıxaraq əl-üzünü yuduğunu, daha sonra həyat yoldaşını oyadaraq hadisə barədə məlumat verdiyini, anasını və uşaqlarını evdən çıxarıb yaxın qohumlarının evinə apardığını bildirib.

Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu deyərək, himayəsində olan dörd azyaşlı övladının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun bacısı isə hadisədən bir gün əvvəl ailə daxilində ciddi mübahisənin yaşandığını bildirib. Onun sözlərinə görə, bacısı telefon danışığı zamanı təqsirləndirilən şəxs, onun həyat yoldaşı və anası ilə aralarında ev məsələsinə görə münaqişə yarandığını söyləyib.

Hüquqi varis məhkəmədə söyləyib ki, bacısı ona Təhmasib Əliyevin "səni öldürəcəyəm" məzmunlu hədələr səsləndirdiyini də deyib. Hadisədən sonrakı gün isə qardaşı Firdovsi ona zəng edərək Rəviyyə Nərmanovanın bıçaqlandığını və vəziyyətinin ağır olduğunu xəbər verib. Sonradan isə qadının həyatını itirdiyi məlum olub.

Hüquqi varis ifadəsində qətlin yalnız bir nəfər tərəfindən törədilməsinə şübhə ilə yanaşdığını da bildirib. O, bacısının fiziki cəhətdən güclü qadın olduğunu bildirib, hadisə zamanı evdə olan digər şəxslərin heç nə eşitmədiklərinə və müdaxilə etməmələrinə inanmadığını vurğulayıb.

Məhkəmənin hökmü ilə Təhmasib Əliyev 18 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Son xəbərlər