Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtomobilin üzərinə uzanan qadınla bağlı RƏSMİ AÇIQLAMA

09.06.2026 15:36 318
Bakıda avtomobilin üzərinə uzanan qadınla bağlı RƏSMİ AÇIQLAMA
Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb:

"Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür".

Son xəbərlər