Mojo.az Banner
16:52 Bakıda dərman anbarlarındakı YANĞIN məhdudlaşdırılıb - Xəsarət alan var?  |     16:38 Leyla Əliyeva və Arzu Əliyeva internat tipli ümumtəhsil məktəbində (FOTO)  |     16:14 Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı  |     16:13 Dubaydakı konsulluğumuz hərəkətə keçdi - Zeynəb Cavadlı məsələsi böyüyür  |     15:58 Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxsə HÖKM OXUNDU  |     15:43 Mehriban Abasquliyeva məhkəmə zalında HƏBS EDİLDİ  |     14:42 Ölkəmizdə nə qədər ərazidə taxıl əkilir? - Nazir müavini AÇIQLADI  |     14:33 Beş milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə istintaq yekunlaşdı  |     13:47 Bakıda bu küçədə yol çökdü  |     13:37 Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO  |     13:22 Bərgüşad çayı üzərində su anbarı tikiləcək  |     13:01 Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi  |     13:00 Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama  |     12:53 Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır  |     12:52 Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ  |     12:40 Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir  |     12:32 Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir  |     12:30 Avtonom nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq?  |     12:26 Bu gün geomaqnit qasırğası olacaq  |     12:24 Xankəndi şəhərində dünyaya gələn ilk uşağın anasına VƏZİFƏ VERİLDİ - FOTO  |    
Left Banner
Right Banner

Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxsə HÖKM OXUNDU

04.06.2026 15:58 111
Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxsə HÖKM OXUNDU
Bakının Xətai rayonunda 34 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunub.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 17-də rayonun M.Hadi küçəsində baş verib.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İsmayıl saat 10 radələrində küçədə yetkinlik yaşına çatmayan Əsmərlə (adlar şərti verilib - red.) rastlaşıb və küçədə qıza qarşı iyrənc hərəkətlər edib.

İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə məhkəmədə ifadə verən İsmayıl ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, ötən il oktyabrın 17-də səhər saat 8 radələrində atasının yaşadığı ünvana gedib:

"Qayıdanda yolda nisbətən qapalı yerdən keçərkən Əsmərlə üzbəüz gəldim. O qışqırdı, mən də qorxaraq qaçdım. Həmin vaxt qız "kömək edin" deyərək səs-küy saldı. Hər hansı psixoloji problemim yoxdur. Özümü qıza kömək etməməkdə təqsirli bilirəm".

İbtidai istintaqa verdiyi ifadəsində isə təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 17-də səhər saat 8 radələrində əsəbi olduğu üçün yaşadığı mənzildə spirtli içki içib:

"Saat 9 radələrində digər ünvanda yaşayan atama sağlamlıq haqqında arayış verdim və sərnişin avtobusu ilə geri qayıtmaq qərarına gəldim. Avtobus gecikdiyi üçün kəsmə yollarla Məhəmməd Hadi küçəsinə getdim. Binanın giriş hissəsində bir nəfər azyaşlı qız uşağının gəldiyini gördüm. Ona yaxınlaşanda özümdən asılı olmayaraq sol əlimlə intim yerlərinə toxundum. Azyaşlı qışqırdığı üçün həmin yerdən qaçdım. Qaçarkən gödəkcəmin papağını başıma keçirdim".

İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, evdən çıxıb hazırlığa gedərkən yaşayış binasının altında keçid olan yerə yaxınlaşanda bir oğlanın əynindəki gödəkçənin papağını başına çəkdiyini görüb:

"O, yanımdan keçərkən sifətini gizlətdi, yaxın məsafədə sol əlini qəflətən ayağım istiqamətinə yönəltdi. Mənə qarşı pis hərəkətlər edərkən qışqırdım. O, əlini çəkdi və əks-istiqamətdə qaçaraq uzaqlaşdı.

Tanımadığım bir qadına yaxınlaşıb hadisə barədə bildirdim. Ucadan qışqırıq səsimi eşidən bir kişi yaxınlaşdı. Ona da baş verənləri dedim. Həmin şəxs oğlanın getdiyi istiqamətə qaçdı".

Əsmər ifadəsinin sonunda təqsirləndirilən şəxsin himayəsində azyaşlı qızının olduğunu, həmin azyaşlıya görə onu bağışladığını deyib.

İş üzrə şahid qismində danışan Əsmərin anası Şövkətin sözlərinə görə, hadisədən dərhal sonra qızı onunla mobil telefon vasitəsi ilə əlaqə saxladığı üçün həmin yerə gedib:

"Ondan nə baş verdiyini soruşdum, hadisəni mənə danışdı. Hüquq-mühafizə orqanlarına şikayət etdim".

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə sənədlərindən məlum olub ki, təqsirləndirilən şəxs 2 sentyabr 2025-ci ildə 3 ay 20 gün müddətinə "Kids Zone"də aşpaz köməkçisi vəzifəsinə qəbul olunub.

Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs zərərçəkmişə qarşı əxlaqsız hərəkətlər edib. Bu səbəbdən onun əməli Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsinə tövsif edilib.

İsmayıl cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə bir il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner