Mojo.az Banner
20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər - AÇIQLAMA

01.06.2026 22:15 351
Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər - AÇIQLAMA
Türkiyədə kafelərdə və xüsusilə kofeşoplarında içki alıb uzun müddət oturan və işləyən şəxslərlə bağlı yeni məhdudiyyətlər gündəmə gəlib. Bu yanaşma xidmət sektorunda yeni müzakirələr yaradıb. Bizdə də oxşar qaydaların tətbiqi mümkündürmü sualı aktuallaşır. Məsələ həm müştəri məmnuniyyəti, həm də biznes maraqları baxımından diqqət çəkir.

Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski demokrat.az-a bildirib ki, Azərbaycan qanunvericiliyində müştərilərin kafelərdə və ya kofeşoplarda konkret oturma müddəti ilə bağlı hər hansı ümumi dövlət qadağası və ya limit mövcud deyil:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ictimai iaşə obyektləri (kafelər, restoranlar) öz iş rejimini və xidmət formalarını müəyyən etməkdə sərbəstdirlər. Bu o deməkdir ki, sahibkar öz obyektində "daxili qaydalar" tətbiq edə bilər (məsələn: pik saatlarda masadan istifadə müddəti, "no laptop" (noutbuk qadağası) zonaları və s.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinə görə, iaşə xidməti "ictimai müqavilə" hesab olunur. Sahibkar xidmət göstərməkdən əsassız imtina edə bilməz. Lakin, əgər müəssisə öncədən (məsələn, masanın üzərindəki məlumat lövhəsində və ya girişdə) müəyyən zaman limitini və ya xüsusi qaydanı (məsələn, "noutbukla işləmək üçün masadan istifadə müddəti 1 saatdır") qeyd edibsə, istehlakçı həmin obyektdən xidmət almaqla bu şərtləri qəbul etmiş sayılır".

O bildirib ki, qanun istehlakçıların bərabər xidmət almasını tələb edir:

"Əgər bir müştərinin uzun müddət (məsələn, 5-6 saat) masanı məşğul etməsi digər istehlakçıların xidmət almasına mane olursa, sahibkar kommersiya maraqlarını və xidmət dövriyyəsini qorumaq üçün ağlabatan məhdudiyyətlər tətbiq edə bilər.

Xülasə, dövlət tərəfindən qoyulmuş rəsmi qadağa yoxdur, sahibkarların özəl mülkiyyəti olan iaşə obyektlərində masadan istifadə ilə bağlı daxili qaydalar və vaxt limiti tətbiq etmək hüququ var, bir şərtlə ki, bu barədə müştəri əvvəlcədən (xidməti sifariş etməzdən əvvəl) məlumatlandırılsın", - deyə hüquqşünas qeyd edib.скачать dle 11.3
Mojo.az Banner