Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Siqaret yaddaşı zəiflədir - Alimlərdən İNANILMAZ NƏTİCƏ

28.05.2026 20:03 303
Siqaret yaddaşı zəiflədir - Alimlərdən İNANILMAZ NƏTİCƏ
Azərbaycanda və dünyada milyonlarla insanın imtina edə bilmədiyi zərərli vərdişlərdən olan siqaretin daha bir qorxulu tərəfi üzə çıxıb.
 
İndiyə qədər daha çox ağciyər və ürək-damar sisteminə vurduğu ziyanlarla gündəmə gələn siqaretin, sən demə, insan beynini də "yeyib bitirdiyi" sübut olunub.

Beynəlxalq elm adamlarının apardığı son araşdırmalar siqaret istifadəsinin beyin qabığında (korteksdə) ciddi incəlməyə səbəb olduğunu ortaya qoyub. Mütəxəssislərin fikrincə, beyin qabığı (korteks) insanın yaddaş, dil, diqqət və qərarvermə kimi ən mühüm idrak funksiyalarını idarə edir. Siqaret tüstüsündəki toksik maddələr beyin hüceyrələrini birbaşa hədəf alaraq bu təbəqənin yaşlanma prosesini sürətləndirir və onu incəldir.
 
Araşdırmalar göstərib ki, siqaret çəkən şəxslərin beyin qabığındakı itkilər, siqaret çəkməyən həmyaşıdları ilə müqayisədə ikiqat daha sürətlə baş verir. Bu isə erkən yaşda demans (ağıl zəifliyi) və Altsheymer riskini maksimuma çatdırır. Siqaret aludəçilərini maraqlandıran ən əsas suallardan biri də budur: Zərərli vərdişdən imtina etdikdə beyin yenidən əvvəlki halına qayıdırmı? Elm adamları bu barədə qismən ümidverici xəbərlər veriblər.
 
Siqareti atdıqdan sonra beyin qabığının bərpa prosesi başlayır, lakin bu, çox uzun illər tələb edir. Həkimlər xüsusilə gənclər arasında populyar olan siqaret və digər tütün məmulatlarının beyin inkişafını tamamilə dondurduğunu bildiriblər. "Hələ gəncəm, mənə heç nə olmaz" deyənlər gələcəkdə ciddi koqnitiv problemlərlə və erkən yaddaş itkisi ilə üz-üzə qala bilərlər.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner