Gəncədə 11 yaşlı qızı maşın vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Qadın sürücü idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən 2015-ci il təvəllüdlü M.Zeynalovanı vurub. 11 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.