Mojo.az Banner
12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |    
Left Banner
Right Banner

Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq

19.05.2026 20:10 285
Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq
2026-cı ildə Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq.

Bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük işlər həyata keçirilir:

"Şuşa şəhəri azad olunduqdan dərhal sonra bərpa-quruculuq işləri aparılıb. Təkcə Şuşa yox, bütün işğaldan azad olunmuş bütün ərazilərdə dünyada son vaxtlar ağıla gəlməyən dağıntılar olub. Ən çox Şuşaya, onun mədəni tarixinə ziyan vurulub. 100-dən çox abidələr, məscidlər, digər tanınmış binalar dağıdılıb".

Aydın Kərimov deyib ki, bunlar işğal dönəmində düşünülmüş siyasətin nəticəsi olub:"Azərbaycanın mədəni irsini məhv etmək dəyərləndirilməlidir. İndiyədək 27 tarixi abidə, 5 məscid, 1 kilsə, Bülübülün Ev muzeyi və Üzeyir Hacıbəyovun Abidəsi bərpa edilib. Bu gün şəhəri ziyarət edən turistlər işğal dönəmi ilə indiki vəziyyəti görürlər".

Xüsusi nümayəndə deyib ki, 15 tarixi abidə bu il konservasiya işlərinə başlayacaq.скачать dle 11.3
Mojo.az Banner