Mojo.az Banner
18:03 Koloradoda hantavirusdan bir nəfər öldü  |     17:34 KİV: Bakı-Tbilisi dəmiryolu nəqliyyatı bərpa olunur - TARİX DƏ AÇIQLANDI  |     17:29 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlandı  |     17:25 Keniya Prezidenti Uilyam Ruto İlham Əliyevə təşəkkür etdi  |     17:22 Şavkat Mirziyoyev WUF13-də bir sıra təkliflərlə çıxış edib  |     17:19 Magistraturaya qəbul imtahanının ikinci cəhdi TƏKRAR KEÇİRİLƏCƏK - SƏBƏB  |     17:17 Masaj salonunu işlədənlərdən pul tələb edən şəxs hakim qarşısına çıxarılıb  |     17:14 Boşanmaların artması cəmiyyət üçün hansı riskləri yaradır?  |     14:41 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM  |     14:38 Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?  |     14:26 Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib  |     13:39 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub  |     13:30 “Maşın” şou yenidən başlayır - FOTO  |     13:24 Sumqayıtda 13 500 abonentin qazı kəsiləcək  |     13:21 Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb  |     13:15 Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA  |     13:13 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA  |     12:17 Beş milyonluq qaçaqmalçılıqla bağlı saxlanılan vəzifəli şəxslər barədə YENİ QƏRAR  |     12:07 News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər  |     12:06 Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib  |    
Left Banner
Right Banner

Keniya Prezidenti Uilyam Ruto İlham Əliyevə təşəkkür etdi

18.05.2026 17:25 105
Keniya Prezidenti Uilyam Ruto İlham Əliyevə təşəkkür etdi
"2002-ci ildə Keniyanın Nayrobi şəhərində ilk Dünya Şəhərlər Forumu keçirildi. Keçən ay biz yenidən Nayrobidə Afrika Şəhərlər Forumuna ev sahibliyi etdik. Bu gün isə biz Bakıda, bu möhtəşəm ölkədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) toplaşmışıq".

Bu sözləri Keniya Respublikasının Prezidenti Uilyam Ruto WUF13 çərçivəsində keçirilən Liderlər Zirvəsində deyib.

"Bizə göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı ifadə etmək istəyirəm.

Dünyanın demək olar ki, bütün ölkələrində kəskin mənzil problemini nəzərə alsaq, bu forum müstəsna dərəcədə ciddi əhəmiyyət kəsb edir.

Statistika göstərir ki, təxminən 3 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır. 1 milyard insan gecəqondularda yaşayır, 300 milyonun isə başlarının üstündə damları yoxdur. Lakin bunlar sadəcə quru rəqəmlər və statistika deyil. Bu şəraitdə yaşayanlar insanlardır, ailələrdir, uşaqlarıdır.

Məhz buna görə də zəngin tarixə malik bu möhtəşəm şəhərdə keçirilən görüş böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner