Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR

06.05.2026 15:40 309
Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR
Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 28 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri Yeni Yaşayış Massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş verib.

Belə ki, Ərzuman Əhmədov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, əvvəllər spirtli içki qəbul etməyi tərgitməsinə baxmayaraq, yenidən bu vərdişə qayıtması ilə bağlı oğlu Məhəmmədəli Əhmədov tərəfindən yaxınlarına məlumat verildiyini öyrənib. O, bu səbəbdən qəzəblənərək ona irad tutub.

Yaranmış mübahisə qısa zamanda kəskinləşərək ailə münaqişəsinə çevrilib.

İstintaqla müəyyən olunub ki, ata qisas almaq və oğlunu öldürmək niyyəti ilə əvvəlcə çapacaqla zərərçəkmiş şəxsə hücum edərək onun kürəyinin sol nahiyəsindən bir dəfə zərbə vurub. Məhəmmədəli hadisə yerindən uzaqlaşmağa çalışsa da, Ərzuman onu təqib edib.

Hadisənin davamında evin koridorunda olan digər oğlu müdaxilə edərək atasının əlindən çapacağı alıb və onu zərərsizləşdirib. Lakin Ərzuman bundan sonra üzərində gəzdirdiyi, qanunsuz olaraq əldə etdiyi ov bıçağından istifadə edərək Məhəmmədəliyə hücumunu davam etdirib. O, zərərçəkmiş şəxsin sinə və sol qoltuqaltı nahiyəsinə ən azı üç dəfə zərbə vurub.

Nəticədə Məhəmmədəli döş qəfəsinin sol hissəsinin döş boşluğuna nüfuz edən, həyat üçün təhlükəli sayılan ağır bədən xəsarəti alıb. Bundan əlavə, onun bədəninin müxtəlif nahiyələrində səthi yaralar da qeydə alınıb.

Digər oğlunun müdaxiləsi nəticəsində Ərzumanın əlindən bıçaq alınaraq tərksilah edilib. Bununla belə, o, cinayət niyyətindən əl çəkməyərək həyətyanı sahəyə çıxıb və oradan mismarçıxaran çəkic götürərək yenidən Məhəmmədəlinin üzərinə hücuma cəhd edib. Bu zaman digər oğlu yenidən onun qarşısını alıb.

İş materiallarına görə, hadisə zamanı ata oğluna tibbi yardım göstərilməsinin qarşısını almaq məqsədilə mobil telefonu sındıraraq təcili yardım çağırılmasını əngəlləyib. Hadisə yaxınlarının - digər oğlu və həyat yoldaşının gözü qarşısında baş verib və bu hal xüsusi amansızlıq kimi qiymətləndirilib.

Bununla belə, zərərçəkmiş şəxsin fəal müqaviməti, hadisə yerində olan şəxslərin müdaxiləsi və yaralının vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməsi nəticəsində Ərzuman cinayət niyyətini başa çatdıra bilməyib. Beləliklə, onun əməli qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmə kimi qiymətləndirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərzuman Əhmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayətini təmin edilməyib.

Bundan sonra məhkumun müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, əməlin daha yüngül maddəyə - qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmasını və məhkuma şərti cəza verilməsini xahiş edib.скачать dle 11.3
Mojo.az Banner