Mojo.az Banner
23:19 Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - Video  |     22:44 Bazarqanov Avropa çempionatında finala yüksəldi  |     22:36 Azərbaycan Ukraynadan məhsul idxalını artırdı  |     22:30 Gəncə sakini qonşusu tərəfindən bıçaqlandı  |     22:23 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - Video  |     22:14 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı  |     22:09 Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb - FOTO  |     22:01 ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır  |     21:56 Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı  |     21:49 Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı  |     21:43 İran bu şəhərlərə uçuşları bərpa edir  |     21:38 "Beşiktaş"ın sabiq futbolçusu vəfat etdi  |     21:31 Göygöldə təcili yardım maşını qəzaya düşdü  |     21:26 "Son zəng" tədbirləri ilə bağlı təlimat: Şagirdlər məktəbli formasında olmalıdır  |     21:17 Maduronun həbsini mərc etdi - 400 min qazandı  |     21:12 Şənbə günü yağış yağacaq  |     21:04 Türkiyədə daha bir bələdiyyəyə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var  |     20:59 "Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz" - İqtisadçı  |     20:50 Bu ölkədə 6 nazir bir gündə istefa verdi  |     20:44 ""Avant"ın rəhbəri rahat yatsın, biz səs-küyə dözək?" - Aparıcıdan şikayət (Video)  |    
Left Banner
Right Banner

Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı

24.04.2026 17:23 447
Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4.9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb. Laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Ola bilər ki, ölkəyə gizli yollarla qanunsuz və sağlamlığa zərərli toyuqlar keçirsinlər?

Ona görə də vətəndaşlar toyuq alarkən əsasən nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sənədi olmadan, heç bir ərzaq məhsulu digər Qida Təhlükəsizliyi Agentliyinin kompensasiyasına daxil olan məhsullar Azərbaycan əmtəə bazarına, xüsusən də marketlər şəbəkəsinə girə bilməz və mümkün deyil.

Eyyub Hüseynovun sözlərinə görə, hər bir malın sənədi olmalı, yoxlamalardan keçməlidir. İllər boyu Ukraynadan Azərbaycana arzuolunmaz mallar gəlib. Biz bunu dəfələrlə ifşa etmişik. Hətta, 10 il öncə Ukraynadan gələn və "halal" yazılmış toyuqların cəmdəyində 300 qrama qədər naməlum maye olması barədə məsələ qaldırdıq və bazardan çıxarılmasına nail olduq.

Sədr qeyd edib ki, AQTA-nın bu cür hallara qarşı ciddi nəzarət etməsi çox yaxşı haldır. Həmçinin, belə məhsullar gömrükdən qaytarılır və məhv edilir.

Vətəndaşlara bu məsələdə tövsiyyə verən Eyyub Hüseynov deyib:

"Marketlərdə toyuqlar adətən dondurulmuş halda satılır. Toyuqların ən təhlükəli cəhəti dondurulub donu açılan və təkrar dondurulan zaman baş verir. Bu zaman məhsul çirklənmiş olur. İstehlakçılar isə bunu gözü ilə müşahidə edə bilmir. Əgər onların qabığı əzilibsə, bükülməsində problem varsa, şübhələnə bilərlər. Əlbəttə ki, istehlakçılar məhsulun buraxılma tarixinə, son yararlanma müddətinə baxmalıdır".

Sədr sonda vurğulayıb ki, istehlakçıların hüquqlarının müdafiəsi qanununa görə, vətəndaşlar malın mənşəyi, sənədi, qiyməti və buraxılma tarixini tələb etmə hüququna malikdir. Lakin, təəssüf ki, Azərbaycanda satılan bir çox malların mənşə sənədləri satış müəssisələrində olmur. Bütün hallarda şübhəli vəziyyətlə qarşılaşanda, "1003 — qaynar xətti" ilə AQTA-ya məlumat vermələrini tövsiyə edirəm.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner