Mojo.az Banner
20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |     18:42 Fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq  |     18:37 Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk  |     18:30 Bu şəxslər pensiya ala bilməyəcək  |     18:24 Küləkli havada 4 nəfər xəsarət alıb  |     18:15 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     18:09 Xırdalanda daş sexinin fəaliyyətindən NARAZILIQ - VİDEO  |    
Left Banner
Right Banner

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

20.04.2026 11:46 1 077
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb
Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.

Bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Burgenland federal torpağında yerləşən yaşayış məntəqəsində bir alıcı mağazadan şübhəli keyfiyyətə malik tərəvəz püresi alıb. Onun sözlərinə görə, banka artıq açılmış vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində bankaların tərkibində siçan zəhəri aşkarlanıb.

Bildirilir ki, həmin bankaların alt hissəsində qırmızı dairə şəklində nişan olub və qapaqlarının qoruyucu plombu zədələnib.

Market rəhbərliyi dərhal bu markaya məxsus məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500 supermarketdən geri çağırıb.

"Hipp" şirkəti də uşaq qidası bankalarında zəhərli maddənin izlərinin aşkarlandığını təsdiqləyib. İstehsalçı bildirib ki, hadisə Avstriyada "kənar cinayət müdaxiləsi" nəticəsində baş vermiş ola bilər və bu məhsuldan istifadə etməməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner