Azərbaycanda qatarların sürəti artırılacaq?
"Azərbaycanda sürət qatarlarının sürətinin artırılması müzakirə olunmur".
Bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
Qurum rəsmisi bildirib ki, Azərbaycan ərazisində mövcud infrastrukturun maksimal sürət olaraq 140 km/saat müəyyən olunub:
"Qatarlar həmin sürətlə hərəkət edirlər. Bu sürət ADY üçün maksimal hesab olunur. Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır".