Mojo.az Banner
11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |    
Left Banner
Right Banner

Daşınmaz əmlak bazarında qəribə tendensiya: Birmərtəbəli həyət evlərinin damları niyə satışa çıxarılır? - Video

16.04.2026 13:29 609
Daşınmaz əmlak bazarında qəribə tendensiya: Birmərtəbəli həyət evlərinin damları niyə satışa çıxarılır? - Video
Daşınmaz əmlak bazarında yeni tendensiya müşahidə olunur: artıq fərdi həyət evlərinin damları da satışa çıxarılır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Bazar qiymətlərindən ucuz evimin damını satıram" başlıqlı elanlar yayılıb. Belə ki, paytaxtın müxtəlif ərazilərində birmərtəbəli həyət evlərinin damını satışa çıxaran şəxslər var.

Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc bildirib ki, bu cür təkliflər adətən söküntü planlaşdırılan ərazilərlə bağlı olur.

Onun sözlərinə görə, aidiyyəti qurumların apardıqları təhlillər nəticəsində bəzi tikililərin sonradan daha yüksək kompensasiya əldə etmək məqsədilə inşa edildiyi müəyyən olunur. Vüqar Oruc vurğulayıb ki, ümumiyyətlə, fərdi yaşayış evlərinin damı ayrıca satıla və sənədləşdirilə bilməz.

O qeyd edib ki, sənədləri olmayan əmlak alqı-satqı predmeti ola bilməz. Eyni zamanda dam üçün ayrıca mülkiyyət sənədi də verilmir. Sənədsiz əmlakı yalnız şifahi razılaşma əsasında almaq həm təhlükəli, həm də qanunsuzdur.
скачать dle 11.3
Mojo.az Banner