Mojo.az Banner
19:52 Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı  |     19:37 Dünyanın ən gözəl günəş doğuşunu izləmək üçün 10 məkan  |     19:20 Bu il aliment ödəyən qadınların sayı açıqlandı  |     19:14 Türkiyəyə giriş qadağasını ləğv etdirəcəyini dedi, həbs olundu  |     19:05 Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi  |     18:55 Uqandada avtobus aşdı - 20 məktəbli ölüb  |     18:32 "Fənərbağça" yeni transferlərini təqdim etdi  |     18:31 Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı  |     18:17 Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək  |     18:12 Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır  |     18:04 Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA  |     17:59 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər - Video  |     17:52 Ombudsman Çağrı Mərkəzinə ən çox hansı qurumla bağlı şikayətlər olur?  |     17:47 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı öldü  |     17:40 Yasamalda mənzildən oğurluq edildi  |     17:38 Bəzi məhsullar 15 il müddətində gömrük rüsumlarından azad olunur - FƏRMAN  |     17:34 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi  |     17:29 Şənbə günü 38 dərəcə isti olacaq  |     17:22 15 yaşlı qız beş qohumunu amansızcasına qətlə yetirdi - ABŞ-də dəhşət  |     17:18 Dünya çempionatının final matçı təxirə salına bilər  |    
Left Banner
Right Banner

Müəllimlərin NƏZƏRİNƏ - İş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulu başladı

13.04.2026 15:04 1 407
Müəllimlərin NƏZƏRİNƏ - İş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulu başladı
Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:

- Əri və ya arvadı hərbçi olduqda: nikah haqqında şəhadətnamənin surəti, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.

- Şəhid ailəsi üzvü olduqda: şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;

- İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə: həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti;

- Yuxarıda qeyd olunan şərtləri ödədikdə: sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.

Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb edilir.

Namizədlər 20 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti - vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.miq.edu.az/yerdeyishme/faqскачать dle 11.3
Mojo.az Banner