Mojo.az Banner
12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |     11:37 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA - VİDEO  |     11:32 Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA  |     11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |     23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |    
Left Banner
Right Banner

Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb

11.04.2026 15:21 333
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.

Median.Az
AZƏRTAC-a istinadla xəbər verir ki, görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.

Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.

Ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.

Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.

Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi olduqca vacibdir.скачать dle 11.3
Mojo.az Banner