Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Suraxanıda valideynlər övladlarının müəlliminin dəyişdirilməsinə ETİRAZ EDİBLƏR

10.04.2026 18:35 342
Suraxanıda valideynlər övladlarının müəlliminin dəyişdirilməsinə ETİRAZ EDİBLƏR
Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 101 nömrəli Əmi Məmmədov adına orta məktəbdə valideyn narazılığı yaranıb.

Bu barədə Oxu.Az-a şikayət daxil olub.

Valideynin sözlərinə görə, övladı məktəbə başladığı zaman birinci sinfə daimi müəllim təyin olunmayıb. Dərslər başlayan gün, yəni sentyabrın 15-də valideynlər sinfə müqavilə əsasında çalışan müəllimin təyin olunduğunu öyrəniblər.

Şikayətçi qeyd edir ki, valideynlər həmin müəllimdən razı qalıblar və onun daimi əsaslarla məktəbdə saxlanılması üçün direktorun adına ərizə ilə müraciət ediblər. Lakin məktəb rəhbərliyi bu məsələnin onların səlahiyyətində olmadığını, müəllimin imtahan nəticələrinin aşağı olduğunu və daha yüksək bal toplayan müəllimlərin olduğunu əsas gətirib.

Valideyn iddia edir ki, məktəbdə eyni statusla - müqavilə əsasında çalışan başqa müəllimlərin daimi işə qəbul edilməsi halları mövcuddur.

"Bizim uşaqların müəllimini saxlaya bilmirlər, amma digərini saxlayırlar. Bu, suallar yaradır. Uşaqların təhsili və psixologiyası ilə oynayırlar", - deyə şikayətdə bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

"Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2025-26-cı tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin əsas mərhələsi yekunlaşdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərə müvafiq rayon (şəhər) üzrə qeydiyyatda olan namizədlərin bal ardıcıllığına əsasən əlavə yerləşdirilməsi prosesi aparılıb. Qeyd olunanlara əsasən, müvafiq vakansiyanın olduğu, müəllimin işə qəbulu üzrə müsabiqə nəticəsi nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubu ilə qeyd olunan müəllimin müddətli əmək müqaviləsi əsasında 2025-26-cı dərs ilinin sonunadək 101 nömrəli tam orta ümumtəhsil məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmasına razılıq verilib.

Həmin müəllim elan olunacaq növbəti müsabiqədə iştirak edərək, müvafiq keçid balını toplayacağı təqdirdə müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunma hüququ qazana bilər", deyə məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner