Mojo.az Banner
21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |    
Left Banner
Right Banner

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - Video

09.04.2026 11:36 498
Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - Video
Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.

Sakinlərin sözlərinə görə, sözügedən it indiyədək səkkiz nəfərə - məktəbli uşaqlara və qadınlara hücum edib. Bu səbəbdən valideynlər uşaqlarını məktəbə avtomobillə aparıb-gətirməyə məcbur olduqlarını, küçədə sərbəst hərəkət edə bilmədiklərini bildirirlər.

Çoban itidir, altı-yeddi uşağı yaralayıb. Sahibi tapılmır. Bu gün də bir qadına hücum edib. Uşaqları görəndə üstünə atılır. Hətta bir uşağın qulağını qoparıb, hazırda xəstəxanadadır", - sakinlərdən biri deyib.

"Maşından düşmüşdüm, gördüm ki, it üstümə gəlir. Elə həmin an məni dişlədi. Bədənim tam göyərmişdi, diş izləri qalmışdı", - başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı Mərdəkan qəsəbə bələdiyyəsindən bildirilib ki, hadisədən xəbərdardırlar və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
скачать dle 11.3
Mojo.az Banner