Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Abu Dabidə partlayış və yanğın: Xəsarət alanlar var

03.04.2026 18:51 471
Abu Dabidə partlayış və yanğın: Xəsarət alanlar var
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərinə edilən hava zərbəsi nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

Bu barədə şəhər administrasiyasının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Əcban ərazisində hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə başlaması nəticəsində yerə düşən qalıqlar insanlara zərər yetirib. Zərərçəkənlər arasında altı Nepal və beş Hindistan vətəndaşı yüngül və orta ağır bədən xəsarətləri alıb. Daha bir Nepal vətəndaşının vəziyyəti isə ağır qiymətləndirilir.

Rəsmi mənbələr məhv edilən obyektin pilotsuz uçuş aparatı (PUA), yoxsa raket olduğu barədə dəqiq məlumat təqdim etməyiblər.

Hadisədən sonra qlobal miqyasda ən iri inteqrasiya olunmuş qaz emalı mərkəzlərindən biri hesab edilən "Habshan Gas Processing Complex" fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Qeyd olunur ki, kompleksin ərazisinə raket qalıqlarının düşməsi nəticəsində müəssisədə yanğın baş verib.

Xatırladaq ki, İran ABŞ və İsrailin həyata keçirdiyi hərbi tədbirlərin ardınca bölgədə yerləşən ABŞ hərbi bazalarını hədəf aldığını bəyan edib və bu addımını özünümüdafiə hüququ ilə əsaslandırıb.

Son xəbərlər