Mojo.az Banner
17:14 Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB  |     15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |    
Left Banner
Right Banner

Xəzər sahilində qara təhlükə: Lənkəranda sahilə mazut parçaları çıxır

02.04.2026 20:28 297
Xəzər sahilində qara təhlükə: Lənkəranda sahilə mazut parçaları çıxır
Xəzər dənizinin Lənkəran sahilində son günlər müşahidə olunan qara mazut parçaları yerli sakinlər və balıqçılar arasında narahatlığa səbəb olub.

Median.Az
Teleqraf-a xəbər verir ki, dalğalar vasitəsilə sahilə çıxan xırda neft qalıqları kilometrlərlə uzanan sahilboyu ərazilərdə yayılıb.

Balıqçıların sözlərinə görə, küləkli hava şəraitində bu cür çirklənmə daha da artır və mazut qalıqları torlara yapışaraq ov prosesini çətinləşdirir, hətta bəzi hallarda qayıqlara zərər vurur.

Mütəxəssislər qeyd edirlər ki, sahilə çıxan maddələr karbohidrogen tərkibli neft qalıqlarıdır. Hazırda Xəzərin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu halın daha çox təbii proseslər nəticəsində – dəniz dibindəki layların hərəkəti və dalğaların təsiri ilə baş verdiyi ehtimal olunur.

Ekoloqlar problemin aradan qaldırılması üçün sahilboyu ərazilərdə təmizləmə işlərinin aparılmasını, mütəmadi monitorinqin gücləndirilməsini və çirklənmənin mənbəyinin dəqiq müəyyənləşdirilməsini vacib hesab edirlər.скачать dle 11.3
Mojo.az Banner