Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda altı uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - Video

02.04.2026 15:59 540
Sumqayıtda altı uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - Video
Sumqayıt şəhərində bir ailədə altı uşağın dəm qazından zəhərlənməsinin daha bir təfərrüatı məlum olub.

Məsələ ilə bağlı İctimai TV-yə danışan uşaqların anası bildirib ki, hadisədən əvvəl uşaqlar həyətdə oynayırdılar:

"Mən də evdə iş görürdüm. Birdən gözümdən yayınıb evə gəldilər. Əvvəlcə mətbəxə baxdım, orada deyildilər. Hamam otağına baxanda gördüm qapı açılmır. Güclə qapını açanda gördük, uşaqlar yerə səriliblər. İlk köməyə də qonşuları çağırdıq, sonra özüm bir-bir uşaqları çıxardım".

* * * * *

Sumqayıt şəhərində bir ailədə 6 uşağın dəm qazından zəhərlənməsinin təfərrüatı məlum olub.

Hadisə dünən axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Qəsəbə sakini Kamil Cəbrayılovun 6 övladı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.

K.Cəbrayılov Oxu.Az-a açıqlamasında bildirib ki, onun 9 övladı var:

"Həmişə böyük uşaqlarım azyaşlıları yuyundururdu. Dünən də böyüklər balaca uşaqları yuyundurmaq üçün hamama aparmışdı. Bir müddətdən sonra uşaqlar hamamdan çıxanda gördük ki, rəngləri qaralıb, özlərini pis hiss edirlər.

Hamama baxdıq ki, qızdırıcı qurğu dəm qazı buraxıb. Dərhal təcili yardım çağırdıq, uşaqları xəstəxanaya çatdırdıq. Səhər saatlarında uşaqlardan dördünün vəziyyəti normallaşdığı üçün onları xəstəxanadan evə buraxdılar.

Hazırda digər iki övladım da özlərini yaxşı hiss edir. Onları da xəstəxanadan çıxarırıq".

* * * * *

Sumqayıt şəhərində dəm qazından zəhərlənən azyaşlıların sayı altı nəfərə çatıb.

Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, dünən axşam saat 18 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına altı nəfər (dörd kişi, iki qadın cinsli) hosptalizasiya olunub.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən dörd nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

* * * * *

Sumqayıt şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü C.Cəbrayılov, 2018-ci il təvəllüdlü M.Cəbrayılov, 2019-cu il təvəllüdlü H.Cəbrayılov, 2021-ci il təvəllüdlü A.Cəbrayılova və 2024-cü il təvəllüdlü G.Cəbrayılova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Azyaşlılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər