Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Səsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni: "Həkim nəzarətindəyəm"

01.04.2026 16:49 675
Səsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni:
Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Populyar sənətçi bu barədə özünün şəxsi "Instagram" səhifəsi üzərindən pərəstişkarlarına müraciət ünvanlayıb.

"Səsimdə yaranan problemlə əlaqədar yayılan xəbərlərdən təşvişə düşən sevənlərimə öncə diqqətlərinə görə minnətdarlığımı bildirir və onlardan narahat olmamalarını xahiş edirəm. Doğrudur, səsimlə əlaqədar bəzi çətinliklər meydana gəlib, ancaq hazırda həkimlərin tam nəzarəti altındayam.

Çox əfsus ki, aprel ayının 4-nə Daşkənd şəhərində planlaşdırılan konsertimizin tarixini dəyişmək məcburiyyətində qaldıq. Digər işlərimizin vaxtlarında isə heç bir fərqlilik yoxdur. Çıxışlarımızın yüksək keyfiyyətdə keçməsi və dinləyicilərimizin yaxşı əhvali-ruhiyyədə olması bizim üçün çox önəmlidir.

Elə buna görə də dəyişdirilmiş tarixdə baş tutacaq konsertimizə tam şəkildə hazır olmalıyıq. Təxirə salınan konsert aprelin 17-də keçiriləcək", - deyə ifaçı bildirib.

Son xəbərlər