Mojo.az — elanlar
Son Xəbərlər
22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |    
Mojo.az Avto
Mojo.az Avto

UEFA "Benfika"nı cəzalandırdı

26.03.2026 12:19 1 197
UEFA
UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsi çərçivəsində "Real Madrid" klubuna qarşı keçirilmiş ilk oyunun nəticələrinə əsasən, "Benfika" klubuna intizam cəzası kəsib.

Bu barədə UEFA-nın mətbuat xidməti xəbər yayıb.

Azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışlarına görə "Benfika" 40 min avro məbləğində cərimələnib. Bununla əlaqədar kluba həmçinin UEFA-nın himayəsi altında keçiriləcək növbəti ev oyunu üçün 500 biletin satışına qadağa qoyulub. Bundan əlavə, azarkeşlərin lazer göstəricisindən istifadə etməsinə görə klub daha 8 000 avro cərimə olunub.

Xatırladaq ki, görüş fevralın 17-də Lissabonda keçirilib və "Real Madrid"ın 0:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolun müəllifi olan Vinisius Junior qoldan sonra "Benfika" azarkeşlərinə tərəf qaçaraq, onlara qarşı təxribatçı jestlər edib. Bundan sonra Vinisius qarşılaşmanın baş hakiminə irqçi təhqirlərlə bağlı şikayət edib.

Son xəbərlər