Mojo.az Banner
17:07 "Real Madrid"in əsas transfer hədəfi bəlli oldu  |     16:26 "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?  |     16:20 Bakıda daxili iməcilik keçirilib  |     16:12 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI  |     16:09 Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA  |     15:58 Azərbaycanda futbol klubu 400 min manata SATILDI  |     15:22 Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM  |     15:15 Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub  |     15:10 "Real"ın 100 milyon avroluq təklifi rədd edildi  |     15:02 Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - Video  |     15:01 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunub  |     14:56 Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı  |     14:51 "Əl-Hilal" 64 milyon avroluq transfer etdi  |     14:43 Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb  |     14:38 Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı  |     14:30 Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ  |     14:24 Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub  |     14:16 Şəmkirdə yeniyetmə qız QƏTLƏ YETİRİLDİ: 16 yaşlı BACISI SAXLANILDI  |     13:48 Azərbaycanda 41 dərəcə isti olacaq  |     13:46 Çak Rassel 74 yaşında vəfat etdi 15 17  |    
Left Banner
Right Banner

Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır - SƏBƏB

23.03.2026 12:23 1 005
Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır - SƏBƏB
Bu gündən etibarən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işlərinə başlanılıb.

Bu çərçivədə təmir işləri paytaxtın bir sıra avtomobil yollarında bu gün saat 08:00-dan start götürərək 30 mart 2026-cı il saat 22:00-dək davam edəcək.

Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.

Təmir aparılacaq küçə və yolların siyahısı:

1. Heydər Əliyev prospekti ("Ramstore" körpüsündən Heydər Əliyev Beynəlxalq Aeroportu körpüsünədək);

2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək);

3. Ziya Bünyadov prospekti (metronun "20 Yanvar" stansiyasından "Koroğlu" qovşağınadək);

4. Babək prospekti ("Ramstore" körpüsündən Lütfi Zadə küçəsinədək);

5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək);

6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən metronun "20 Yanvar" stansiyasınadək);

7. Nəriman Nərimanov prospekti;

8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək);

9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək);

10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək);

11. İzmir küçəsi;

12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək);

13. Fətəli xan Xoyski küçəsi (metronun "Gənclik" stansiyasından Əliyar Əliyev küçəsinədək);

14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək);

15. Salyan şosesi (Bibiheybət məscidindən Bakı kənar dairəvi yolunadək);

16. Bakı Dairəvi I avtomobil yolu;

17. Zığ şosesi (beton yol);

18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);

19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək);

20. Yusif Səfərov küçəsi;

21. Üzeyir Hacıbəyov küçəsi;

22. Zərifə Əliyeva küçəsi;

23. Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək);

24. Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək);

25. Vaqif küçəsi (metronun "Gənclik" stansiyasından Səməd Vurğun küçəsinədək);

26. Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək);

27. Pirşağı-Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi);

28. Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);

29. Bibiheybət şosesi;

30. Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi);

31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi;

32. Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi;

33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi;

34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi;

35. Qala dördyol ayrıcından Zığ-Heydər Əliyev Beynəlxalq Aeropoprtu yoluna gedən hissə;

36. Qala-Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol;

37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi;

38. Novxanı-Pirşağı yolu;

39. Xırdalan dairəsi-Binəqədi yolu;

40. Balaxanı-Binəqədi yolu;

41. Binəqədi-Novxanı yolu;

42. Lökbatan-Güzdək yolu (1-9-cu km).скачать dle 11.3
Mojo.az Banner