Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İranda xarici agent və monarxist qruplaşma "ovu" - Xeyli adam həbs olundu

18.03.2026 19:11 1 056
İranda xarici agent və monarxist qruplaşma
İranın Kəşfiyyat Nazirliyinin keçirdiyi əməliyyatlar zamanı monarxist qruplaşmalar və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Bu barədə "Tasnim" agentliyi məlumat verib.

Qeyd olunub ki, ölkənin 26 əyalətində 111 monarxist qruplaşma aşkarlanaraq həbs olunub:

"Həmin əməliyyatlar zamanı odlu və soyuq silahlar, elektroşokerlər, dəyənəklər müsadirə edilib.

Bundan əlavə, Həmədan və Qərbi Azərbaycan əyalətlərində ABŞ-yə casusluq etməkdə və təhlükəsizlik qüvvələrinin yerləşmə yerləri, avadanlıqları və mövqeləri barədə məlumat ötürməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.

Bu reydlər zamanı isə həmçinin 29 tapança, iki "Kalaşnikov" avtomatı və 58 daraq da daxil olmaqla, silahların olduğu iki gizli anbar aşkarlanıb".

Son xəbərlər