Mojo.az Banner
23:01 Şuşa şəhərində İlaxır çərşənbə qeyd olunub  |     22:53 Bakıda məşhur parklar TƏMİR OLUNACAQ  |     22:44 Binəqədidə güclü yanğın  |     22:39 Məşhurlar niyə mavi qələmlərlə avtoqraf vermirlər?  |     22:30 Qoşa Qala meydanında İlaxır çərşənbə qeyd olunub  |     22:21 İsrail "Bəsic" qüvvələrinə zərbələr endirib - VİDEO  |     22:16 Mingəçevirdə bayram tonqalı yanğına səbəb olub  |     22:06 Xaçmazda avtomobil vuran piyada öldü  |     21:58 Bu ərazilərdə işıq olmayacaq  |     21:50 Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı  |     21:44 Netanyahu: "Əli Laricanini məhv etdik"  |     21:37 DTX Prezidentin ailəsini şantaj edəni saxladı - Video  |     21:30 ABŞ İrandan yaxın zamanda çıxacaq - Tramp  |     21:23 "Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR  |     21:15 Sabah 12 mindən çox abonentin qazı olmayacaq  |     21:10 ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb  |     21:02 Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF  |     20:58 Azərbaycan çempionatında növbəti üç turun oyun cədvəli  |     20:51 Təcridxanaya ayaqqabının içərisində narkotik keçirmək istədi  |     20:44 Tbilisi prospektində yenilik  |    
Left Banner
Right Banner

Rəsmi Tehran: "İran uzunmüddətli müharibəyə hazırdır"

17.03.2026 11:40 150
Rəsmi Tehran:
"İran hakimiyyəti uzunmüddətli döyüş əməliyyatları aparmağa hazırdır və hazırda regiondakı mövcud münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir".

Bu barədə "Ash-Sharq" telekanalı İranın Xarici İşlər Nazirliyinin (XİN) adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

"İran nə qədər lazım olsa, o qədər də vuruşacaq. Hazırda rəsmi Tehran münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir", - deyə İran XİN-in rəsmisi bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.скачать dle 11.3
Mojo.az Banner