Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

07.03.2026 21:44 780
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.

Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayb.

C.Bayramov çıxışında TDT-nin son illər siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional bağlantıların gücləndirilməsi istiqamətində dinamik və təsirli əməkdaşlıq platformasına çevrildiyini qeyd edib.

Artan geosiyasi gərginliklər, beynəlxalq təhlükəsizlik mühitində yaşanan qeyri-müəyyənlik və qlobal təchizat zəncirlərində baş verən pozuntular fonunda TDT çərçivəsində həmrəylik və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu məqsədlə, TDT üzv dövlətləri arasında sadalanan çağırışlarla mübarizədə məlumat mübadiləsinin gücləndirilməsi, institutlararası koordinasiyanın artırılması və birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional təhlükəsizlik mühitinə toxunularaq, Yaxın Şərqdə baş verən son hadisələrin və hərbi eskalasiyanın ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb.

İran ərazisindən Türkiyə ərazisini hədəf alan raket hücumu və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumlarının təhlükəli eskalasiya aktları olduğu vurğulanaraq bu qəbildən hərəkətlər qətiyyətlə pislənilib.

İran tərəfinin baş verən hadisələri hərtərəfli araşdırması, cavabdeh şəxsləri məsuliyyətə cəlb etməsi və bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görməsinin gözlənildiyi qeyd olunub.

Fələstin münaqişəsi və Qəzza bölgəsindəki vəziyyət kontekstində, Azərbaycan tərəfindən məsələnin beynəlxalq hüquq və müvafiq BMT qətnamələrinə əsaslanaraq iki dövlət prinsipi əsasında həlli variantının dəstəkləndiyi bir daha vurğulanıb.

Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən danışan nazir, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdən sonra regionda davamlı sülhün əldə olunması üçün tarixi imkanın yarandığını bildirib.

TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinə toxunularaq, Azərbaycan sədrliyinin təşkilatın institusional potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdiyi bildirilib. Bu kontekstdə, TDT-nin ötən il Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşündə dövlət başçıları tərəfindən təsis edilmiş "OTS+" formatının əhəmiyyəti vurğulanıb. Sözügedən mexanizmin nəqliyyat dəhlizləri, logistika, enerji təhlükəsizliyi, ticarət, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi sahələrdə TDT ilə qeyri-üzv ölkələr və beynəlxalq təşkilatlar arasında layihə əsaslı əməkdaşlığın genişləndirilməsi üçün çevik platforma yaradacağı diqqətə çatdırılıb.

Cari ilin birinci yarısında keçiriləcək mühüm tədbirlərdən bəhs edilərək, təşkilata sədrliyi çərçivəsində Azərbaycanın aprelin 2-də TDT baş nazirləri/vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Bundan əlavə, cari ilin 17-19 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumunun, may ayında Qazaxıstanın Türküstan şəhərində təşkili planlaşdırılan TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşünün, eləcə də Bakıda təşkil olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yubiley tədbirinin ölkələrimiz üçün əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) TDT üzv dövlətlərinin fəal iştirakı ilə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov çıxışının yekununda türk dünyasına yaxınlaşmaqda olan Novruz və Ramazan bayramları münasibətilə təbriklərini çatdıraraq, qardaş xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıb.

Tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yekunda Yaxın Şərqdəki son inkişaflarla bağlı Nazirlərin Birgə Bəyanatı qəbul edilib.

Son xəbərlər