Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib

07.03.2026 21:33 693
ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib
ABŞ Dövlət Departamenti martın 5-də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumunu qətiyyətlə pisləyib.

Median.Az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Açıqlamada qeyd olunub ki, İran rejiminin həyata keçirdiyi səbəbsiz hücum Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbi hədəf alıb. Nəticədə mülki şəxslər yaralanıb, həmçinin mühüm mülki infrastruktur zərər görüb.

"Bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın aqressiyasının əsassız eskalasiyasıdır. ABŞ tərəfi regiondakı tərəfdaşlarına qarşı hücumların qəbuledilməz olduğunu bildirib və Azərbaycanın yanında olduqlarını qeyd edib. ABŞ belə təhdidlərə qarşı tərəfdaşlarını qətiyyətlə dəstəkləyəcəyini vurğulayıb", - bəyanatda vurğulanıb.

Son xəbərlər