Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

Sumqayıt Tibb Mərkəzinin direktoru "şəkər" dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi

03.03.2026 18:26 384
Sumqayıt Tibb Mərkəzinin direktoru
Sumqayıt Şəhər Məhkəməsində Sumqayıt Tibb Mərkəzində xırda xuliqanlıq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Rəyasət Bağırovun barəsində tərtib edilmiş protokol əsasında məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Bağırov tərtib olunan protokolu əsassız hesab edib.

Bildirib ki, o, ikinci dərəcəli şəkərli diabet xəstəsidir:

"Mən ikinci dərəcəli şəkər xəstəsiyəm. Bununla əlaqədar dövlət tərəfindən təyin edilən pulsuz dərmanlarla bağlı Sumqayıt Tibb Mərkəzinə dəfələrlə müraciət etsəm də, həmin dərmanları ala bilməmişəm. Sumqayıt Tibb Mərkəzindəki qanunsuzluqlar və digər neqativ hallarla bağlı Baş Prokurorluğa və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanladım. Müraciət edəndən sonra Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov məni qəbul etmək üçün adamlar göndərdi. Dəfələrlə ayrı-ayrı şəxsləri mənə minnətçi göndərdi ki, şikayətimi geri götürüm, mən götürmədim. Elnur Azadxanov müavini İlkini, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfovu dəfələrlə evimə göndərdi. Amma mən onların heç birinə fikir vermədim.

Bir müddətdən sonra Sumqayıt Tibb Mərkəzində şöbə müdiri işləyən, uzun illər qonşum olan Leyla Sədiyeva bizə gəlib xahiş etdi ki, Elnur Azadxanovla görüşüm. Leylanın sözünü yerə salmadım, Sumqayıt Tibb Mərkəzinə getdim. Leyla məni Azadxanovun qəbuluna apardı. Otağa daxil olan kimi Azadxanov məni təxribata çəkdi və mənə "quldur", vətən xaini dedi. Məni təhqir etdiyi üçün mən də ona "quldur" dedim. Beş dəqiqə danışığımız oldu və mən otaqdan çıxdım. O mənə dedi ki, bu dövlətə xəyanət etmisən. Mən də dedim ki, xəyanəti sən etmisən. Mən və ailəm dövlətə, dövlətçiliyə xidmət etmişik. Mənim oğlum 44 günlük Vətən müharibəsinə könüllü gedib, igidlik göstərib və altı medalla təltif olunub. Amma Azadxanov həmin vaxtlarda ancaq kabinetdə oturub.

Bir neçə gün sonra yenə Sumqayıt Tibb Mərkəzinin əməkdaşları evimdə xahişə gəldilər ki, Elnur Azadxanovu bağışlayım. Mən isə onlara rədd cavabı verdim. Bir həftədən sonra, martın 2-də polisdən zəng gəldi, məni şöbəyə dəvət etdilər. Məlum oldu ki, Elnur Azadxanov mənim barəmdə polisə şikayət edib, guya xuliqanlıq etdiyini, onu söydüyümü bildirib. Barəmdə protokol tərtib edildi, məhkəməyə gəldik".

Rəyasət Bağırov bildirib ki, həmin gün Elnur Azadxanov məhkəməyə gələcəyinə söz verdiyi üçün, proses təxirə salına da, bu gün yenidən məhkəmə prosesinə qatılmayıb.

Hakim bildirib ki, Elnur Azadxanov məhkəməyə teleqram göndərib. Teleqramda bildirib ki, iş vaxtı xidməti vəzifəsini yerinə yetirdiyi üçün məhkəməyə gələ bilmir və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmir.

Prosesdə şahid qismində çıxış edən Sumqayıt Tibb Mərkəzinin şöbə müdiri Leyla Sədiyeva təsdiq edib ki, həqiqətən də, Rəyasət Bağırovla qonşudur və Elnur Azadxanovun qəbuluna getməsini o xahiş edib:

"Mən xahiş etdim ki, Elnur Azadxanovla görüşsün, məsələ həll olunsun. Otağa daxil olduq, mübahisə yarandı. Elnur Azadxanovla Rəyasət Bağırov söhbət əsnasında bir-birinə "quldur" dedilər. Sonra sakitləşdilər".

Prosesdə çıxış edən digər şahid, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfov isə bildirib ki, o, Rəyasət Bağırovu qəbul edib və Leyla Sədiyeva ilə birlikdə Elnur Azadxanovun qəbuluna göndərib. O, şəxslərin mübahisəsinin şahidi olmayıb.

Prosesdə çıxış edən Rəyasət Bağırovun vəkili Adil Bünyatov bildirib ki, hadisədə heç bir inzibati xəta və xırda xuliqanlıq halı olmayıb:

"İki nəfər bir-birinə "quldur" deyib, dava olmayıb. Ona görə də məhkəmədən xahiş edirəm ki, işə xitam verilsin".

Çıxışlardan sonra məhkəmə qərarı elan olunub. Qərara əsasən, Rəyasət Bağırov təqsirli bilinərək 50 manat cərimə edilib.скачать dle 11.3
Mojo.az Banner