Mojo.az Banner
13:43 Bakıda ata Daun sindromlu qızına xəsarət yetirdi  |     12:47 Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi (FOTO)  |     12:41 "Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb  |     12:17 Faciəli şəkildə həlak olan DSX hərbçisinin FOTOSU  |     12:15 Gəncədə xəstəxanada həyatını itirən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI (Yenilənib)  |     12:10 Bu qəsəbədə bankomat yoxdur: Yaşlılar kilometrlərlə yol qət edir  |     11:39 Avtomobil ehtiyat hissələri bahalaşıb - Video  |     11:34 Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO  |     11:25 Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     11:22 Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO  |     11:19 Dünyanın ən güclü 10 pasportu - SİYAHI  |     00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |    
Left Banner
Right Banner

Qadın kafedə tanış olduğu kişini intim video ilə şantaj etdi, həbs cəzası aldı

02.03.2026 15:57 309
Qadın kafedə tanış olduğu kişini intim video ilə şantaj etdi, həbs cəzası aldı
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aygün Səmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Qusar Rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və qadın məhkəmə iclas zalında dərhal həbs edilib.

Təqdim olunan ittiham aktına əsasən, təqsirləndirilən şəxs 1968-ci il təvəllüdlü sevgilisinə qarşı hədə-qorxu ilə tələbetmə əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.

İttihama görə, hadisə ötən il Qusar şəhərində təqsirləndirilən şəxsə məxsus fərdi yaşayış evində baş verib.

Belə ki, həmin vaxt Aygün Səmədova tanışı Elmar Tağıyevlə (adı, soyadı şərtidir - red.) könüllü cinsi əlaqədə olub. Bu zaman təqsirləndirilən şəxs prosesi öz mobil telefonunun videokamerası vasitəsilə lentə alıb. İstintaq materiallarında göstərilir ki, sonradan qadın həmin videogörüntüləri kişinin istifadəsində olan mobil telefona göndərib. Daha sonra sözügedən intim xarakterli görüntüləri sosial şəbəkələrdə yaymaqla Elmarı rüsvay edici ilə hədələyib, bu yolla ondan 3500 manat məbləğində pul tələb edib.

İttihamda qeyd olunur ki, bu hərəkətlər hədə-qorxu ilə özgənin əmlakını tələbetmə kimi qiymətləndirilib və əməl Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilib.

Məhkəmə istintaqı zamanı Aygün Səmədova dindirilən zaman həmin maddə ilə özünü qismən təqsirli bildiyini, lakin ittihamın mahiyyəti ilə razılaşmadığını ifadə edib. O, ifadəsində deyib ki, videoçəkilişi Elmarın xahişi ilə həyata keçirib və heç bir məcburiyyət olmayıb. Onun sözlərinə görə, Elmar videoya sonradan baxmaq və həzz almaq məqsədilə çəkilişi özü istəyib, həmçinin görüntülərin ona göndərilməsini xahiş edib.

Təqsirləndirilən şəxs bildirib ki, Elmarı bilərəkdən şantaj etməyib və ondan 3500 manat pul tələb etməyib. Onun dediyinə görə, kişi özü ona 300 manat verəcəyini deyib, sonradan isə müxtəlif səbəblərdən aralarında anlaşılmazlıq yaranıb. O, Elmardan 200-300 manat məbləğində pul istədiyini etiraf etsə də, bunu hədə-qorxu və ya şantaj məqsədilə etmədiyini vurğulayıb.

İfadəsində həmçinin qeyd edib ki, videonu Elmara göndərməyib və görüntüləri yaymaqla hədələməyib. Onun sözlərinə görə, tərəflər arasında münasibətlər məhz videonun təqdim olunmaması səbəbindən pozulub. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən videonu silmək müqabilində də pul tələb etmədiyini söyləyib.

Aygün Səmədova 2017-ci ildə ailə həyatı qurub, 2021-ci il tarixdə isə əri vəfat etdiyindən Quba şəhərində valideynləri ilə birlikdə yaşamağa başlayıb. Bir müddət sonra valideynləri ilə yola getməyib, Qusara gələrək burada kafelərin birində ofisiant kimi işləməyə başlayıb.

Elmar Tağıyev isə Bakıda qida vasitələri satan şirkətlərdən birində qeyri-rəsmi məsləhətçi işləyir. Hadisədən əvvəl qış aylarında dostu ilə birgə Qusara istirahətə gedibmiş. Elə bu zaman da Aygünlə tanış olub.скачать dle 11.3
Mojo.az Banner