Mojo.az Banner
17:49 SEPAH generalından HƏDƏ: "Heç vaxt görmədiyiniz silahları tezliklə nümayiş etdirəcəyik"  |     17:41 Azərbaycanda neçə talassemiya xəstəsi var? - RƏSMİ CAVAB  |     17:33 Dünya liderlerinin öncəki PEŞƏLƏRİ: Roma papası gecə klubunda işləyib, Meloni ofisiant...  |     17:26 52 yaşlı kişini "tok" vurdu  |     17:21 Əhali qıtlıqla üzləşməyəcək - İRAN  |     17:09 İran İsrailin məktəblərini vuracaq  |     17:00 Makron BMT-nin təcili toplantısını tələb etdi  |     16:56 ABŞ-la İsrailin İrana hücumlarının əsas HƏDƏFLƏRİ  |     16:53 60 yaşdan yuxarı şəxslərlə bağlı qadağa: İşdən çıxarmağa son qoyulur?  |     16:48 Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları  |     16:28 İranda qızlar məktəbi vuruldu - 40 uşaq öldü  |     16:17 Rusiya vətəndaşlarına İranı Azərbaycan və Ermənistan vasitəsilə tərk etməyə çağırdı  |     15:58 Oğlu Məsud Pezeşkianın SON DURUMUNU açıqladı (YENİLƏNİB)  |     15:44 Vilayət Eyvazovun türkiyəli və iraqlı həmkarları ilə telefon danışığı baş tutub  |     15:34 Bakı-Naxçıvan-Bakı avtobus reysləri DAYANDIRILDI  |     15:13 İranda internet tamamilə kəsildi  |     15:11 İran XİN ABŞ və İsrailin hücumu ilə bağlı BƏYANAT YAYDI - "Cavabsız qalmayacaq"  |     14:39 İsraildə bütün futbol matçları təxirə salındı  |     14:38 Bakıda avtomobildən külli miqdarda pul və maqnitofon oğurlandı  |     14:24 XİN: "Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırırıq"  |    
Left Banner
Right Banner

Rusiya vətəndaşlarına İranı Azərbaycan və Ermənistan vasitəsilə tərk etməyə çağırdı

28.02.2026 16:17 93
Rusiya vətəndaşlarına İranı Azərbaycan və Ermənistan vasitəsilə tərk etməyə çağırdı
Rusiyanın Tehrandakı səfirliyi öz vətəndaşlarına İranı Azərbaycan və Ermənistan əraziləri vasitəsilə tərk etməyə çağırış edib.

Bu barədə Rusiya "Telegram" kanalları səfirliyə istinadən məlumat yayıb.

Diplomatik qurum bəyan edib ki, İrandan çıxış üçün mümkün variantlar Azərbaycan (Astara) və Ermənistan istiqamətindəki nəzarət-buraxılış məntəqələridir.

Qeyd olunub ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan tərəfindən lazımi icazənin alınması tələb ediləcək.

Səfirlik vətəndaşlara İranı tərk edərkən diqqətli və ayıq-sayıq olmağı da tövsiyə edib.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.скачать dle 11.3
Mojo.az Banner