Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

İlham Əliyev: "Bizim iradəmizə qarşı çıxanın başı əziləcək"

26.02.2026 18:43 585
İlham Əliyev:
"Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq - heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir".

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

Prezident qeyd edib ki, dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər:

"Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdılar. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək".

"Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edirlər. Onların, demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam", - İlham Əliyev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner