Mojo.az Banner
Left Banner
Right Banner

Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini itirdi

20.02.2026 14:02 450
Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini itirdi
Azərbaycan UEFA-nın əmsallar cədvəlində mövqeyini itirərək bir pillə aşağı düşüb.

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra təmsilçimiz geriləyərək 27-ci sıraya enib.

Aktivində 22.937 xal olan Azərbaycanı bu siyahıda Sloveniya (23.343) qabaqlayıb. Siyahının 25-ci pilləsində qərarlaşan Ukraynanın aktivində isə 24.412 xal mövcuddur.

Xatırladaq ki, reytinq siyahısının zirvəsində 112.352 əmsalla İngiltərə qərarlaşıb.скачать dle 11.3
Mojo.az Banner