Mojo.az Banner
Left Banner
Right Banner

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb

19.02.2026 19:50 477
Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb
Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.

40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.

O, finalda Məhəmməd Muradlı ilə görüşəcək.

A.Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq.

Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.скачать dle 11.3
Mojo.az Banner