Mojo.az Banner
11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısının sabiq köməkçisi həbs olundu: Nazirlikdə iş vədi

28.01.2026 15:27 414
İcra başçısının sabiq köməkçisi həbs olundu: Nazirlikdə iş vədi
Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd etməklə vətəndaşa qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Aqşin adlı həmin şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Aqşin ortaq tanışlarından birindən 10 500 manat alaraq onu Elm və Təhsil Nazirliyində mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edib. Lakin vədini yerinə yetirməyib.

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Aqşin saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunub. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aqşin məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkənin ona hansı əsasla inanmasına gəlincə, Aqşin bildirib ki, o, əvvəllər Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi vəzifəsində işləyib. Zərərçəkən də bunu bildiyindən onun geniş əlaqələri olduğuna inanıb. Aqşin həmin vəzifədə nə zaman işlədiyini açıqlamayıb.скачать dle 11.3
Mojo.az Banner