Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO

24.09.2026 11:31 735
Bakıda
"Formula-1" Azərbaycan Qran-prisinin gələcəkdə keçirildiyi məkan dəyişdirilə bilər.

Bu barədə "Sea Breeze"in sahibi, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "Instagram" hesabında paylaşım edib.

Emin Ağalarov bildirib ki, uzun müddətdir "Sea Breeze" ərazisində "Formula-1" trasının inşa olunması ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, belə bir layihənin reallaşdırılması ciddi hazırlıq və genişmiqyaslı iş tələb edir.

İş adamı qeyd edib ki, bu məqsədlə "Formula-1" traslarının layihələndirilməsi ilə məşğul olan "Tilke" şirkəti ilə əlaqə saxlanılır.

E.Ağalarovun sözlərinə görə, 2030-2031-ci illərədək trasın və onun ətrafındakı zəruri infrastrukturun inşa edilməsi mümkün olarsa, "Formula-1" yarışlarının nəzəri olaraq "Sea Breeze"ə keçirilməsi mümkündür.

Bununla yanaşı, o, hazırda bununla bağlı hər hansı konkret razılaşmanın olmadığını vurğulayıb.

"Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də "Sea Breeze"də "Formula-1" uzaqda deyil", - deyə E.Ağalarov bildirib.

Qeyd edək ki, paylaşımda "Formula-1" yarışlarının "Sea Breeze"də keçirilməsi halında məkanın necə görünə biləcəyini əks etdirən vizual video da təqdim olunub. Həmçinin E.Ağalarovun yarış avtomobili idarə etdiyi görüntü də paylaşılıb.

Son xəbərlər