Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ötən il Azərbaycanda 10-a yaxın meyitdən 50-dən çox transplantasiya həyata keçirilib

27.01.2026 11:45 843
Ötən il Azərbaycanda 10-a yaxın meyitdən 50-dən çox transplantasiya həyata keçirilib
Azərbaycanda 2025-ci ildə 10-a yaxın meyit donordan alınan orqanlar transplantasiya məqsədilə istifadə olunub.

Median.Az
xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sözügedən meyit donorlardan 50-dən artıq transplantasiya əməliyyatı icra olunub. Bunlardan birdən çoxu böyrək transplantasiyası, 10-a yaxın qaraciyər, ikidən çox buynuz qişa və iki ürək transplantasiyası həyata keçirilib.

Əməliyyatların əksəriyyəti uğurla başa çatıb.

Son xəbərlər