Mojo.az Banner
15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dövlət proqramının icrası su itkisini azaldacaq" - Deputat

13.01.2026 19:16 408
"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev bu sahədə ölkəmizdə həyata keçirilən layihələr ilə yanaşı, qlobal məsələlərə də münasibət bildirdi. Xüsusən qlobal iqlim dəyişiklikləri fonunda dünyada su təminatı xüsusi çağrışa çevrilməkdədir".

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Yer kürəsinin səthinin 71 faizinin su ilə örtülməsinə baxmayaraq, onun cəmi 2.5 faizi içməli sudur:

"Bütün su ehtiyatlarının isə cəmi 0.3 faizinə insanların asan əlçatanlığı var. BMT-nin qiymətləndirmələrinə görə, hazırda 2.2 milyard insanın fasiləsiz su təminatı ilə bağlı çətinlikləri var və 703 milyon sakinin isə suya əlçatanlığında ciddi problemlər yaşanır. Dünyada hər gün 5 yaşdan kiçik 1000-dən çox uşaq təmiz su, sanitariya və gigiyena çatışmazlığı ilə əlaqəli xəstəliklərdən ölür. Qida sənayesində su istifadəsinin artması səbəbindən suya olan tələbin 2030-cu ilədək qlobal olaraq 40 faiz artacağı gözlənilir. Bu isə ondan xəbər ki, növbəti illərdə suya tələbin ödənilməsində qlobal çətinliklər daha da güclənəcək".

Deputat qeyd edəb ki, su təminatında qlobal çətinliklər fonunda Azərbaycanda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur: "Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hazırda problemlərdən biri də itkilərlə bağlıdır. Ölkəmizdə itki faizi 45 faizə yaxındır. Dünyada ən azı su itkisi inkişaf etmiş ölkələrdə qeydə alınır. Belə ki, ən az su itkisi Niderlandadır: cəmi 4 faiz. Bu göstərici Danimarkada 6, Yaponiyada 7, Avstraliya və Almaniyada 8, İsrail də isə 9 faizdir. Ən çox su itkiləri isə Hindistan, Əlcəzair və Meksikada qeyd alınır: 50 faiz. Göründüyü kimi, itkilərin səviyyəsinin azaldılması nəticəsində Azərbaycanda su təminatının ciddi şəkildə yaxşılaşdırılması mümkündür. Müşavirədə qeyd olunduğu kimi, dövlət proqramının icrası nəticəsində su itki faizinin azalacağı gözlənilir. Bu isə su təminatında ciddi irəlləyişə səbəb olacaq".скачать dle 11.3
Mojo.az Banner