Mojo.az Banner
20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |     20:31 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" (VİDEO)  |     20:23 Evin rahatlığını pozan 10 məşhur dizayn səhvi  |     20:17 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |     19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |    
Mojo.az Avto
Mojo.az Avto

"Marketdən oğurluq edəcəkdim, uşaqlar ac idi"

13.01.2026 19:03 399
Aktyor Taleh Yüzbəyovun səmimi etirafı sosial şəbəkələrdə və mediada diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, "Orta statistik Rasim" obrazı ona çox doğmadır və bu obrazın yaşadığı vəziyyəti demək olar ki, özü də həyatında hiss edib. Aktyorun sözlərinə görə, filmdə Rasim oğluna hədiyyə alacağına söz verir, lakin iş yerinin bağlanması səbəbindən pul tapa bilmir. Verdiyi sözü yerinə yetirmək üçün çıxılmaz vəziyyətdə qalaraq oğurluğa əl atır və sonradan ailəsinin yanında pis duruma düşür.

Taleh Yüzbəyov qeyd edib ki, oxşar anları o da yaşayıb, sadəcə bəxti gətirib:

"Bir dəfə kartımda cəmi 35 manata yaxın pul var idi. Uşaqların yeməyinə güclə çatırdı. Marketdə aldığım uşaq qidasını evd' yaşa uyğun düzgün götürmədiyimi məlum oldu, geri qaytarmaq lazım idi. Bu, ən çox nifrət etdiyim hallardan biridir. İnzibatçı dedi ki, uşaq qidasıdır deyə təhlükəsizlik qaydalarına görə dəyişmək olmur. Arxamda növbə narazı idi. Cibimdə başqa pul yox idi ki, yenisini alım".

Aktyor etiraf edib ki, həmin an beynindən ağır fikirlər keçib:

"Düşündüm ki, bəlkə götürüb qaçım, ya da qapağını açıb paketə töküm. İnzibatçıya necə baxıb, elə sözlər dedim ki, o hiss etdi ki, pulum yoxdur. Yeməyi götürüb gələndə də fikirləşdim ki, mən doğrudan da 'Rasim' olacaqdım, yoxsa başqa marketdə oğurluq edəcəkdim".

Taleh Yüzbəyov vurğulayıb ki, məhz həmin an onun həyatında dönüş nöqtəsi olub:

"O an qərar verdim ki, mən belə yaşamamalıyam. Daha yaxşı şəraitdə olmaq üçün nəsə etməliyəm".

Aktyor sonda bildirib ki, bu qərardan sonra yenidən sənətinə qayıdıb, filmlər çəkib və həyatında yeni mərhələ başlayıb.скачать dle 11.3
Mojo.az Banner