Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rasim Balayev Şuşaya niyə getməyib?

18.05.2021 18:50 840
Rasim Balayev Şuşaya niyə getməyib?
"Hazırda səhhətimdə müəyyən problemlər var, möhkəm soyuqlamışam, qızdırmam düşmür. Bu səbəbdən də Şuşada keçirilən Xarıbülbül festivalına gedə bilmədim. Sağ olsunlar, sayıb dəvət etmişdilər, sadəcə mən onlara öncədən bildirmişdim ki, gedə bilməyəcəm".

Bunu moderator.az-açıqlamasında Xalq artisti Rasim Balayev bildirib. Sənətkar daha sonra əlavə edib.

"Şuşaya getmək mənim çoxdankı arzum idi, lakin alınmadı. Onu da sizə deyim ki, artıq ikinci dəfədir ki, Şuşaya dəvət olunsam da getmək qismət olmur.

Bir dəfə də qış ayında gedəndə səfər edəcəkdim, onda da səhhətimə görə qaldım. Mən yalandan söz verib, insanları pis durumda buraxmaqdan qorxduğum üçün imtina etmişdim.

Bu, böyük məsuliyyətdir. Qarşıdan yay ayları gəlir, inşAllah ki, havalar da düzəlsin, özüm gedəcəm. Sonuncu dəfə Şuşada Cıdır düzündə 1989-cu ildə olmuşam, daha sonra getmədim, bir neçə il sonra qəddar düşmən Şuşanı işğal etdi" deyə xalq artisti bildirdi.

Rasim Balayev Xarıbülbül festivalından da danışıb.

"Festivala gedə bilməsəm də, ürəyim orada idi. Çox gözəl təşkil olunmuşdu, çox bəyəndim. Hər şey çox yaxşı idi, bunu sözlə ifadə etmək çətindir.

O ki qaldı orada iştirak edən sənət adamlarına. Hansı sənətçiləri layiq bilmişdilər, onları da çağırmışdılar. Bir növ ürəyimizdən tikan çıxdı, keçən il mayın 8-də ermənilər orada yeyib-içib, kef edirdilər. Paşinyan yallı gedirdi, biz onlara göstərdik ki, yallını necə getmək lazmdır!" deyə Rasim Balayev bildirib.скачать dle 11.3
Mojo.az Banner