Mojo.az Banner
22:36 Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...  |     22:30 Taksilər hansı yanacaqdan istifadə edir? - SAY AÇIQLANDI  |     22:22 Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur - Video  |     22:17 Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi  |     22:08 Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırıldı  |     22:03 "Youtube" tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək (Video)  |     21:55 Şəmkirdə Türkmənistan vətəndaşı bıçaqlanıb  |     21:49 Bu səhnəyə görə “ARB”yə qadağa qoyuldu - Video  |     21:44 Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  |     21:36 X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı  |     21:31 BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb  |     21:23 Ölümcül parazit: İllərlə əlamət göstərmir, orqanizmi yavaş-yavaş məhv edir  |     21:15 Ərinin qətlini sifariş verən qadına və tanışlarına hökm oxundu  |     21:10 Adnan Əhmədzadə yenə həbsdə qaldı  |     21:03 Bu yolda sürət həddi endirildi  |     20:58 Cəlilabadda avtomobil piyadanı vurdu  |     20:42 Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     20:37 Sabah Naxçıvanın bəzi yerlərində işıq kəsiləcək  |     20:17 Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir  |     20:17 Məlikməmməd Qurbanovun cəzası azaldıldı  |    
Left Banner
Right Banner

İlham Əliyev Ağdərə rayonunda "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO (Yenilənib)

13.01.2026 15:11 138
İlham Əliyev Ağdərə rayonunda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES "Azərenerji" ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş "Qozlukörpü" Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Stansiyanın ölkə enerjisisteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.

Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.









* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
скачать dle 11.3