Mojo.az Banner
23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |     22:57 Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama  |     22:51 Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı  |     22:44 Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi  |     22:39 ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ  |     22:31 Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR  |     22:26 İlin son Günəş tutulması bu ay olacaq  |     22:20 Bakıda 100-dən çox küçə və prospekt təmir edilir  |     22:12 İspaniyaya miqrant axınının iki səbəbi açıqlandı  |     22:07 İstanbulda torpaq sürüşməsi oldu - Uçqun altda qalanlar var  |     21:59 "Azərbaycanla güclü münasibətlər qurmalıyıq" - Zelenski  |     21:55 Lənkəranda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB  |     21:43 Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı  |     21:35 Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi  |     21:30 Ermənistan parlamentinin yeni spikeri seçildi  |     21:21 Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?  |     21:14 Sabah 38 dərəcə isti olacaq  |     21:09 Faydalı görünsə də, ürəyə zərər verə bilər - 4 məşhur məhsul  |     21:02 Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?  |     20:51 Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı  |    
Left Banner
Right Banner

Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq

10.01.2026 22:14 666
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.

Yeni Qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə keçəcək.

Vətəndaşlar təhsil haqqında sənədlərini “mygov” platforması üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə malik olacaqdır. Bunun üçün “mygov” platformasında “Xidmətlər” bölməsindən “Təhsil” kateqoriyasını seçərək müvafiq məlumat və sənədlərə çıxış əldə etmək mümkün olacaq. Bundan əlavə, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər. Tətbiqdə yer alan “Paylaşdığım məlumatlarım” bölməsi vasitəsilə isə təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada paylaşıldığına dair tarixçəni izləmək mümkündür.

Qeyd edilib ki, bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq “mygov”-a inteqrasiya olunub. Hazırda platforma üzərindən diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur. Sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner